Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Gürcüstan prezidenti maaşından imtina etdi, təqaüdlə dolanacaq


Salome Zurabishvili
Salome Zurabishvili

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, maaşından imtian edir.

Prezident öz himayəsi altında ictimai fond yaratmağı, maaşını ora köçürməyi, fond vasitəsilə xeyriyyə tədbirlərinə xərcləməyi planlayır.

Hələ ki bunun hüquqi forması üzərində iş getdiyini deyən Zurabişvili ümid etdiyini bildirib ki, başqaları da ondan nümunə götürəcək.

66 yaşlı Zurabişvili həm Gürcüstan, həm də Fransa vətəndaşıdır. O, Fransada pensiya alır.

Prezident deyib ki, Fransa pensiyası ona dolanmaq üçün bəs edəcək.

Bundan əvvəl Zurabişvili Prezidentin Ehtiyat Fondunu ləğv etmişdi.

Həmin fonda dövlət büdcəsindən ayrılan 2 milyon dollar əvvəlki prezidentlərin dövründə onların himayə etdiyi müxtəlif layihələrə xərclənirdi.

Zurabişvili 2018-ci ilin prezident seçkilərində qalib gəlib. Gürcüstan tarixində ilk qadın prezidentdir.

O, Parisdə doğulub, Fransaya sığınmış siyasi mühacirlərin nəslindəndir.

Əvvəl Fransanın Gürcüstandakı səfiri olub.

2004-cü ildə o zamankı prezident Saakaşvili onu xarici işlər naziri təyin etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG