Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:14

Rus qadın Alanya meri olmağa iddialıdır


Türkiyədə ilk dəfə olaraq bələdiyyə başkanlığına rus qadın namizəddir.

Müstəqil namizəd kimi Antalyadakı Alanya şəhərinin bələdiyyə başkanlığına iddia edən Anastasia Petrova-Çetinkaya 1983-cü ildə Murmanskda doğulub.

Son 8 ildə Türkiyədə yaşayıb.

Ötən il Türkiyədə ailə qurandan sonra buranın vətəndaşlğını alıb.

"Türkiyə mənə çox şey verib, indi borcumu qaytarmaq vaxtıdır. Alanya möhtəşəm şəhərdir və inanılmaz potensialı var. Amma şəhərin bəzi problemləri var ki, biz onları həll etməliyik" - deyə Petrova-Çetinkaya bildirib.

Seçkilər martın 31-də olacaq. Petrova-Çetinkaya seçkilərə 3 ildir hazırlaşdığını deyir.

"Bizim 40-dan çox layihəmiz var. Onları sosial media üzərindən bir-bir paylaşmağa başlayacağıq" - deyə namizəd əlavə edib.

2014-cü ildə ilk dəfə olaraq Antalyanın Konyaaltı bölgəsində bələdiyyə şurasına Rusiya doğumlu Irina Balcı seçilmişdi.

O, hakim Ədalət və İnkişaf Partiyasının namizədi idi.

XS
SM
MD
LG