Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:14

Vəkilin inzibati həbsdəki fəallarla görüşü alınmayıb


Vəkil Elçin Sadıqov

Yanvarın 12-də vəkil Elçin Sadıqov «Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə keçirilən aksiyada saxlanaraq inzibati qaydada həbs edilənlərdən Mete Türksoy, İsmayıl Nadirli və Qoşqar Əhmədovla görüşmək istəsə də, bu baş tutmayıb.

Bu barədə vəkil özü bildirib:

“ Daxili İşlər Nazirliyinin (DİN) inzibati qaydada həbs edilən şəxslərin saxlanma məntəqəsinə gəlmişəm. Hüquqlarını müdafiə etdiyim Mete Türksoy, İsmayıl Nadirli və Qoşqar Əhmədovla görüşməyə icazə vermirlər. Məhkəmə qərarında onların vəkili olmağım göstərilməsinə baxmayaraq polis çavuşu məndən qanunsuz olaraq order istəyir.Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub şikayət etmişəm, hələ bir cavab yoxdur.”

Vəkilin bu açıqlmasına, hələlik, DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Sözü gedən fəallar haqqında məhkəmə qərarı yanvarın 7-də çıxarılıb.Yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində onların şikayətlərinə baxılıb.

Mete Türksoy İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin, piketlərin keçirilməsində təşkilatçının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbini pozması) maddəsi ilə ittiham edilirdi.Onun haqqında verilən 25 sutka inzibati həbs qərarı qüvvədə saxlanıb.

Qoşqar Əhmədov və İsmayıl Nadirlinin haqqında da qərarlar (20 sutka) dəyişməz qalıb. Onlar isə İXM-nin 513.2 ( bu maddədə söhbət təşkilatçının yox, siravi şəxslərin kütləvi aksiyaların keçirilməsi qaydasını pozmasından gedir-r) maddəsi ilə həbs ediliblər.

Hər 3 şəxs yanvarın 6-da «Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə keçirilən aksiyada saxlanmışdı. Həmin aksiyada saxlananlardan daha 4-nə isə cərimə kəsilib.

Son həftələr bloqqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib. Onlardan icazəsiz piketlərdə saxlananlardan daha bir neçəsi kütləvi aksiyaların keçirilmə qaydasını pozmaqda günahlandırlaraq 20-25 günlük inzibati qaydada həbs ediliblər, əlavə bir neçə şəxs isə cərimə edilib.

Azərbaycan rəsmiləri isə , bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Bloqqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır.

Multimedia

XS
SM
MD
LG