Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:58

Belarus Minskdə ABŞ diplomatlarının sayına limiti qaldırır


Alexander Lukashenko
Alexander Lukashenko

Belarus uzun illərdir bu ölkədəki ABŞ diplomatlarının sayına mövcud olmuş limiti qaldırıb. Bu haqda Birləşmiş Ştatların “Foreign Policy” dərgisi yazır.

Bu addım Belarusla Birləşmiş Ştatların arasında diplomatik dönüş nöqtəsi sayılır. Həm də Minskin Moskvayla münasibətlərinin enerji mübahisəsi üzündən gərginləşdiyi bir dönəmə təsadüf edir.

Böyük addımdır, buzun əriməsinin başlanğıcıdır”, – adıçəkilməyən ABŞ rəsmisi yanvarın 10-da dərgiyə deyib.

“Foreign Policy ” məsələdən agah iki diplomatik mənbəyə istinadla yazır ki, Belarusun Xarici işlər naziri Vladimir Makei yanvarın 10-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Wess Mitchell-ə bu qərar barədə məlumat verib.

APARICI RƏSMİLƏR GÖRÜŞÜB

Sovet İttifaqının çöküşündən sonra Vaşinqtonla Minskin diplomatik münasibətlərində geriləmə yaranıb.

Dövlət Departamenti məsələni şərh etməyib, ABŞ hökumətinin qismən qapadılması nəticəsində mətbuat əməliyyatlarının “ixtisar olunduğunu” deyib.

Belarusun Xarici İşlər Nazirliyinin sözçüsü yanvarın 11-də deyib ki, Belarus və ABŞ-ın aparıcı rəsmiləri bu yaxınlarda ikitərəfli münasibətləri yaxşılaşdırmaq yollarını müzakirə ediblər.

Belarusun Xarici İşlər Nazirliyi və ABŞ Dövlət departamentinin aparıcı rəsmilərinin bu yaxınlarda telefon söhbəti apardığını təsdiqləyə bilərik”, – Belarus XİN-in mətbuat katibi Anatoly Glatz BelTA dövlət xəbər agentliyinə deyib.

Belarus-ABŞ münasibətlərinin fərqli aspektləri, onları təkmilləşdirmək imkanları da müzakirə olunub”, – Glatz söyləyib.

Bu arada Belarus Prezidenti Alexander Lukashenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında siyasi qarşıdurma yaranıb.

Belarus uzun müddət Rusiyadan subsidiyalı neft məhsulları alıb təkrar ixrac etməkdən qazanıb. Ancaq indi Rusiya öz iqtisadiyyatını yükü azaltmaq məqsədilə qiymətləri qaldırmağı planlaşdırır.

Lukashenka bu həftə Rusiyaya xəbərdarlıq edib ki, Moskva Minskə neftin qiymətini qaldırmağa görə kompensasiya verməsə, müttəfiqini itirə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG