Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Birləşmiş Ştatların “Şimal axını-2”yə sanksiyaları ‘düzgün yol deyil’


İllüstrativ foto
İllüstrativ foto

ABŞ-ın Moskvanın dəstəklədiyi Şimal axını-2 təbii qaz layihəsinə qarşı sanksiyaları enerji təchizatı mübahisəsini həll etməyin yanlış yoludur. Bunu Almaniyanın Xarici işlər naziri Heiko Maas deyir.

“Avropanın enerji siyasətinə dair suallar Birləşmiş Ştatlarda deyil, Avropada həll olunmalıdır”, – Maas yanvarın 10-da Berlində çıxışında deyib.

Nazir əlavə edib ki, Şimal axını-2 kəmərinə birtərəfli sanksiya tətbiqi “düzgün yol deyil”.

Heiko Maas
Heiko Maas

Şimal axını-2 Baltik dənizinin dibilə çəkiləcək, Rusiya qazını birbaşa Qərbi Avropaya nəql edəcək. Eyni zamanda Ukraynadakı mövcud şəbəkələrdən yan keçəcək.

Vaşinqton bu layihəyə qarşı çıxıb, onu Rusiyanın Avropaya təsirini möhkəmləndirmək aləti adlandırıb.

Almaniya kansleri Angela Merkel isə deyib ki, Rusiya Prezidenti Vladimir Putindən Ukrayna ərazisindən qaz nəqlinə icazə verəcəyinə dair vəd alıb.

Moskva 11 milyard dollarlıq bu layihəni sırf iqtisadi adlandırır, başqa ölkələrə qarşı yönəlmədiyini deyir.

Moskva 2014-cü ildə Ukraynanın Krım regionunun qanunsuz ilhaq edəndən Rusiyayla Ukraynanın, Qərbin münasibətləri pisləşib. Moskva həm də Ukraynanın şərqində hökumət qüvvələrinə qarşı savaşan separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bu müharibədə 10 min 300-dən çox ölən olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG