Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:32

Bina uçqununda yaralanmış tacik özünə gəlib


Shuhrat Ulfatovun ailə üzvlərinin dəfn mərasimi

Rusiyada Yeni İl qabağı yaşayış binasının qismən çökməsi nəticəsində ciddi xəsarət almış tacik özünə gəlib.

Shuhrat Ulfatov-un qohumları AzadlıqRadiosu-na deyiblər ki, o, yanvarın 10-da axşam komadan çıxıb və Tacikistanın Yekaterinburqdakı konsulluğunun təmsilçiləri ilə danışa bilib.

26 yaşlı Ulfatov dekabrın 31-də partlayışdan az sonra dağıntılar altından tapılıb. Maqnitoqorsk şəhərində 10 mərtəbəli binanın bir hissəsinin dağılması 39 nəfərin həyatına son qoyub.

Ulfatovun 24 yaşlı həyat yoldaşı və üç uşağı da həlak olub.

“Özünə gələndə ilk sözü ailəsi və uşaqlarını soruşmaq oldu. Ona dedik ki, yaxşıdırlar. İndi yaxınlarının başına nə gəldiyini ona necə deyəcəyimizi düşünürük”, – Ulfatovun dayısı Bahtiyor Sultonov radioya deyib.

Rusiya rəsmiləri partlayışın qazsızma nəticəsində törədilməsi ehtimalını irəli sürüblər.

Ulfatovun həyat yoldaşı və övladları yanvarın 7-də Tacikistanda dəfn olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG