Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 22:38

Myanma məhkəməsi jurnalistlərin şikayətini rədd edir


Jurnalistlərə azadlıq tələb edirlər

Myanma (Birma) məhkəməsi “Reuters” agentliyinin iki əməkdaşının şikayətini rədd edib. Jurnalistlər təhlükəsizlik əməliyyatlarına dair məxfi material əldə etməkdə suçlanaraq yeddi illik həbsə məhkum ediliblər.

İlkin hökm qanuna zidd olmayıb. Məhkəmə şikayəti rədd etmək qərarı verir”, – Yanqon Regional Ali Məhkəməsinin hakimi Aung Naing yanvarın 11-də deyib.
32 yaşlı Wa Lone və 28 yaşlı Kyaw Soe Oo 2017-ci ilin dekabrında saxlanıblar. Onlar sentyabrda yeddi il həbs cəzasına məhkum ediliblər.

Bugünkü qərar Wa Lone və Kyaw Soe Oo-ya qarşı daha bir ədalətsizlikdir. Onlar yalnız bir səbəbdən dəmir barmaqlıq arxasındadır: hakimiyyətdəkilər həqiqəti susdurmağa çalışır”, – “Reuters”in baş redaktoru Stephen J. Adler bəyanatında deyib.

Xəbər hazırlamaq cinayət deyil. Myanmada mətbuat azad deyil və bu ölkənin hüququn aliliyi və demokratiyaya sadiqliyi şübhə altındadır”, – o, sözlərinə əlavə edib.

Jurnalistlər Myanma ordusunun yaraqlılara qarşı kampaniyası barədə xəbər hazırlayıblar. Həmin əməliyyatlar nəticəsində 700 min rohinca müsəlmanı Banqladeşə qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG