Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:06

Trump Meksikayla sərhədə gedib


Donald Trump Texasda senator John Cornyn ilə birlikdə
Donald Trump Texasda senator John Cornyn ilə birlikdə

ABŞ Prezidenti Donald Trump Meksikayla sərhədə baş çəkib, fövqəladə vəziyyət elan etməyə hazır olduğunu deyib.

Trump Texas ştatının McAllen şəhərinə səfər etdiyi gün hökumətin qismən bağlanmasının artıq 20-ci günü başlanıb. Hazırda 800 minədək federal işçi ya pulsuz işləyir, ya da məzuniyyətə buraxılıb.

Prezident sərhədin hasarlanmasını milli təhlükəsizlik məsələsi sayır, buna 6 milyard dollar tələb edir. Demokratlar isə imtina edir, Trump-ı immiqrasiya məsələsini şişirtməkdə suçlayır.

Trump səfəri zamanı deyib ki, narkotik maddələr və cinayətkarlıq böhranı yaranıb.

Ya qalib gəlməliyik, kompromisə getməliyik – çünki düşünürəm ki, kompromis hamı üçün uduşdur, ya da fövqəladə vəziyyət elan edəcəyəm”, – Trump vurğulayıb.

ABŞ-Meksika sərhədi
ABŞ-Meksika sərhədi

TRUMP MƏSLƏHƏTLƏŞMƏLƏR APARIR

Bu arada yayılan məlumatlara görə, Trump Ağ evin vəkilləri ilə hasarın tikilməsinə görə birtərəfli addım atmaqdan ötrü prezident səlahiyyətindən istifadənin leqallığını götür-qoy edir.

Ancaq bu addım ziddiyyət yaradar, çünki Konstitusiyaya görə, xərcləmələrlə bağlı qərarlara Konqres nəzarət edir.

Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi isə Trump-ı siyasi oyunlar aparmaqda suçlayıb.

Hökumətin qismən bağlanmasının (şatdaun) 20-ci günü – yanvarın 10-da yüzlərlə federal işçi Ağ evin qabağında etiraz aksiyasına yığışıb.

Etirazçılar Ağ evin qarşısında yürüş edib “Şatdauna son qoyun!” qışqırıb, “Trump: Şatdauna son qoy”, “Tətil yox, işləmək istəyirik” yazılmış plakatlar qaldırıblar.

Trump seçki kampaniyası zamanı Meksikayla sərhədin hasarlanması vədini verirdi. O deyib ki, hasara maliyyə nəzərdə tutulmayan heç bir sənədi imzalamayacaq.

Müdafiə departamenti kimi bəzi qurumlar işini davam etdirir. Ancaq Ədliyyə, Dövlət, Xəzinədarlıq, Daxili Təhlükəsizlik departamentləri ciddi təsirə məruz qalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG