Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:06

Pompeo: ABŞ ‘İranın ayağını Suriyadan kəsmək’ istəyir


Mike Pompeo
Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo Misirə səfəri əsnasında deyib ki, Birləşmiş Ştatlar İran qüvvələrinin son nəfərədək Suriyadan çıxarılmasını istəyir. Bundan əvvəl prezident Trump bəyan etmişdi ki, ABŞ qoşunları Suriyadan tamamilə çıxarılacaq.

Pompeo Misir paytaxtında etdiyi çıxışda deyib ki, “regionun xeyri naminə köhnə düşmənçiliklərə son qoyulmasının vaxtı çatıb”.

O habellə deyib ki, Birləşmiş Ştatlar İranın “ayağının Suriyadan kəsilməsi üçün diplomatiyadan və partnyorlarla əməkdaşlıqdan istifadə edəcək”.

Pompeo Misirə özünün Yaxın Şərqin 9 ölkəsinə səfər turu çərçivəsində gəlib. O bu səfər zamanı ABŞ-ın partnyorlarını əmin etməli idi ki, Vaşinqton qoşunların Suriyanı tərk etməsinə baxmayaraq Yaxın Şərqi tək qoymayacaq.

İran Rusiya ilə birlikdə Suriya prezidenti Bashar al-Assad-ın rejiminə dəstək verir. Onların köməyi Suriyada 2011-ci ildən başlanan münaqişədə qüvvələr balansını Assad-ın xeyrinə dəyişib.

Pompeo Qahirədəki Amerika Universitetində etdiyi “Xeyir qüvvəsi: Amerika Yaxın Şərqdə güclənir” (A Force for Good: America Reinvigorated in the Middle East) adlı çıxışında deyib ki, ABŞ Yaxın Şərqdə “xeyir qüvvəsidir” və qoşunlarını Suriyadan çıxarmasına baxmayaraq İslam Dövləti ekstremist qrupunun yaratdığı təhlükənin tamamilə darmadağımn edilməsi öhdəliyinə sadiq qalır.

Pompeo deyib ki, Amerika “çıxıb gedəndə xaos gəlir”.

İranın xarici işlər naziri Mohammad Javad Zarif Pompeo-nun bu bəyanatına Twitter-də yazdığı postda istehza edib: “ABŞ harda/nə vaxt müdaxilə edirsə, ora onun ardınca xaos, zülm və nifrət gəlir”.

Pompeo çıxışı zamanı adını çəkməsə də keçmiş ABŞ prezidenti Barack Obama-nı tənqid edib. O Donald Trump-ın xələfini Yaxın Şərqdə xaos toxumu səpməkdə ittiham edib və deyib ki, “o radikal İslamın inadkarlığını və kin-küdurətini lazımınca qiymətləndirə bilməyib”.

Bundan əvvəl Misirin xarici işlər naziri Sameh Shoukry ilə birgə keçirdiyi mətbuat konfransında Pompeo bildirmişdi ki, geniş tənqid olunmasına baxmayaraq ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair Trump-ın ötən ay verdiyi qərar yerinə yetiriləcək:

"Prezident Trump qoşunların çıxarılması barədə qərarı qəbul edib. Biz bunu edəcəyik”.

ABŞ qoşunlarının Suriyadan çıxarılacağını təsdiqləməsinə baxmayaraq, dövlət katibi deyib ki, Vaşinqton İD qrupuna qarşı döyüşü başa çatdıracaq və Yaxın Şərqdə əzmli partnyor olaraq qalacaq.

***

ABŞ Dövlət katibi Mike Pompeo Misirə gedib. O, Yaxın Şərqin doqquz ölkəsinə səfərini yekunlaşdırmaq üzrədir. Bu səfərin məqsədi Amerikanın ərəb tərəfdaşlarını Vaşinqtonun regiondan getmədiyinə inandırmaqdır.

Pompeo-nun səfəri Prezident Donald Trump administrasiyasının Suriyadan ABŞ qüvvələrini çıxarmaq planlarıyla bağlı qeyri-müəyyənliklə bir araya təsadüf edir.

Mike Pompeo Abdel Fattah al-Sisi ilə görüşür
Mike Pompeo Abdel Fattah al-Sisi ilə görüşür



Dövlət katibi yanvarın 10-da Misir Prezidenti Abdel-Fattah el-Sissi və xarici işlər naziri Sameh Shoukry ilə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməlidir.

Pompeo-nun Vaşinqtonun Yaxın Şərq hədəfləri barədə çıxış edəcəyi də gözlənir.

O, Misirdən öncə İordaniyada və İraqda olub. Dövlət katibi həmin ölkələrin liderlərini inandırmağa çalışıb ki, Suriyadan çıxmaq Birləşmiş Ştatların İslam Dövləti silahlı qruplaşması ilə mübarizədən əl çəkməsi, yaxud İrana təzyiqi azaltması demək deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG