Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:59

Demokratlar Rusiyaya sanksiyalarla bağlı açıqlama istəyirlər 


Oleg Deripaska çıxış edir, arxiv fotosu

ABŞ Nümayəndələr Palatasının yeddi lideri maliyyə naziri Steven Mnuchin-dən rusiyalı oliqarx Oleg Deripaska-ya bağlı qurumlara sanksiyaların yumşaldılmasının izahını istəyiblər.

Demokratlar yanvarın 8-də Mnuchin-ə yazaraq dekabrda verilmiş açıqlamaya səbəb göstərilməsini xahiş edirlər. Açıqlamada deyilirdi ki, ABŞ Rusal alüminium nəhənginə və Deripaskaya bağlı daha iki şirkətə sanksiyaları qaldıracaq.

Mnuchin dekabrda deyib ki, Deripaska Kremlə yaxın maqnatların qara siyahısında qalacaq, ancaq şirkətləri Deripaskanın sahibliyini azaltmaq öhdəliyinə əməl ediblər.

Amma demokratlar nazirə yazırlar ki, əldə olunmuş razılaşma Deripaskanın şirkətlərdən biri üzərində sahibliyini saxlamaq imkanı verir.

Onlar Mnuchin-i sanksiyaların qaldırılmasını ertələməyə çağırırlar. Demokratlar nazirin cavab verməsi üçün yanvarın 11-dək vaxt qoyublar.

Konqres 30 gün ərzində sanksiyaların bitirilməsi addımını önləyə bilər.

Xəzinədarlıq rəsmiləri Rusaldan əlavə, EN+ GroupJSC EuroSibEnergo şirkətlərinə sanksiyaların da qaldırılacağını bildirib. Rusalın 50 faizə qədəri EN+ Group-a məxsusdur.

XS
SM
MD
LG