Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:59

“The Washington Post” müxbiri İrana qarşı ifadə verib


Jason Rezaian, arxiv fotosu

“The Washington Post” qəzetinin 18 ay İranda həbsdə saxlanmış müxbiri ABŞ-da məhkəmədə ifadə verib. Jason Rezaian yanvarın 8-də deyib ki, o, nüvə danışıqlarında Vaşinqtona təzyiq göstərməkdən ötrü saxlanıb.

Jurnalist Tehrana qarşı bir neçə milyon dollarlıq iddia üzrə keçirilən prosesdə deyib ki, casusluq etdiyini onun boynuna qoymaq istəyiblər. Rezaian-ın deməsinə görə, müstəntiqlər ona deyiblər ki, “amerikalılar bizə istədiyimizi verəndə” buraxılacaq.

Atası iranlı, anası amerikalı olan Rezaian-ın ikili vətəndaşlığı var. O, həbs olunan zaman qəzetin Tehran bürosunun rəhbəri idi.

İran hökuməti ikili vətəndaşlığı tanımır, belə şəxsləri adətən casusluqda ittiham edir.

2014-cü il iyulun 22-də saxlanmış Rezaian həbsdə 18 ay yatıb, onun 50 gününü təkadamlıq kamerada keçirib. O, 2016-cı il yanvarın 16-da buraxılıb.

Jurnalist İranla Birləşmiş Ştatlar və digər ölkələrin imzaladığı nüvə sazişi qüvvəyə minən gün məhbus mübadiləsi çərçivəsində azad olunub.

Onun həyat yoldaşı Yeganeh Salehi iki ay saxlanıb.

Rezaian hazırda Vaşinqtonda yaşayır, qəzet üçün məqalələr yazır.

İran hökuməti jurnalistin iddiasına rəsmi münasibət açıqlamayıb.

XS
SM
MD
LG