Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:45

Erdogan Boltonla görüşməyib


Recep Tayyip Erdogan parlamentdə, arxiv fotosu
Recep Tayyip Erdogan parlamentdə, arxiv fotosu

Ankaranın Vaşinqtonun Suriyadakı kürd müttəfiqlərini qorumalı olması barədə ABŞ rəsmisinin dediklərini Türkiyə qəbul edə bilməz. Bunu Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir.

Söhbət Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Boltonun bəyanatından gedir.

Parlamentdəki AK Parti üzvləri qarşısında çıxış edən Erdogan deyib ki, Bolton ABŞ-ın Suriyadan çıxması üçün yeni şərt qoymaqla “ciddi səhv”ə yol verib və Türkiyə YPG kürd döyüşçüləri məsələsində heç vaxt güzəştə gedə bilməz.

***

Yanvarın 8-də Erdogan-la Bolton arasında gözlənən görüş baş tutmayıb. Türkiyədə bunu Suriyadakı kürd döyüşçülərlə bağlı narazılıqla əlaqələndiriblər.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis deyib ki, ABŞ rəsmilərinə Erdogan-ın Boltonla yerli seçki kampaniyasından və Türkiyə prezidentinin parlamentdəki çıxışından dolayı görüşməyəcəyini söyləyiblər.

Boltonun Ankaradakı prezident sarayına səfərindən bir neçə saat sonra Erdogan deyib ki, Türkiyənin Suriyadakı terrorçu qruplara qarşı yeni hərbi hücum hazırlıqları əsasən tamamlanıb.

Erdogan deyib ki, Suriyadakı “terror dəhlizində olanlar gərəkən cəzanı alacaqlar”.

***

ABŞ Prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri Ankarada aparıcı rəsmilərlə görüşüb, Vaşinqtonun Suriyayla bağlı planlarını müzakirə edib.

John Bolton yanvarın 8-də səhər Ankaradakı prezident sarayında Prezident Recep Tayyip Erdogan-ın aparıcı müşaviri Ibrahim Kalin-lə iki saatlıq görüş keçirib.

John Bolton (solda) və Benjamin Netanyahu
John Bolton (solda) və Benjamin Netanyahu

Boltonun müdafiə naziri Hulusi Akar və kəşfiyyat başçısı Hakan Fidanla gözlənən görüşlərinin baş tutub-tutmaması barədə hələlik, informasiya yoxdur.

Bolton demişdi ki, Türkiyədən Suriyadakı kürd yaraqlılara hücum etməməklə bağlı təminat istəyəcək. Kürdlər İslam Dövləti qruplaşması ekstremistlərinə qarşı Birləşmiş Ştatlarla çiyin-çiyinə savaşıb.

O, sözügedən təminatın Trump-ın Suriyanın şimal-şərqindən əsgərləri çıxarmasının “şərti” olduğunu söyləyib.

Bu səfər Trump-ın Suriyadan 2 min əsgəri çıxarmasını qəfil elan etməsindən sonraya düşür.

ERDOGANIN XƏBƏRDARLIĞI

Prezidentin açıqlaması ABŞ-ın müttəfiqlərini təəccübləndirmiş, müdafiə naziri Jim Mattisin istefasıyla sonuclanmışdı.

Bolton Türkiyədən öncə İsraildə olub. İsrail də ABŞ-ın Suriyadan çıxmasından, bunun İranın mövqeyini möhkəmləndirəcəyindən narahatdır.

Yanvarın 7-də “The New York Times” qəzetində dərc olunmuş məqaləsində Prezident Erdogan xəbərdarlıq edib ki, Birləşmiş Ştatların çıxması diqqətlə planlaşdırılmalı, düzgün tərəfdaşlarla həyata keçirilməlidir.

Mike Pompeo
Mike Pompeo

Erdogan deyib ki, Türkiyə “bu tapşırığı icra edəcək gücündə olan, buna sadiq” yeganə ölkədir.

Yanvarın 7-də CNBC TV-yə açıqlamasında Dövlət katibi Mike Pompeo deyib ki, Erdogan Suriyadakı kürd döyüşçüləri qorumağa söz verib.

Pompeo bu həftə səkkiz ərəb ölkəsinə səfər edir. O da Suriyanı, eləcə də Birləşmiş Ştatların İranın regiondakı fəaliyyətini önləmək cəhdlərini müzakirə edəcək.

ABŞ-ın dəstəklədiyi Suriya kürdlərinin Xalq Mühafizə Birlikləri Suriya Demokratik Qüvvələrinin əsas hissəsini təşkil edir.

Ancaq Türkiyə hakimiyyəti həmin döyüşçülərin Türkiyədə qadağan olunmuş, 1997-ci ildən Birləşmiş Ştatların terrorçu saydığı PKK qruplaşması ilə əlaqəli hesab edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG