Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

İrandan rekord sayda əfqan vətəninə qayıdıb


İrandan qayıdan əfqanlar, arxiv fotosu
İrandan qayıdan əfqanlar, arxiv fotosu

2018-ci ildə 800 minədək əfqan miqrant İrandan Əfqanıstana qayıdıb, yaxud deportasiya olunub. Bu, bir il öncə qayıdanların sayından üçdə iki qədər artıqdır. Məlumatı yanvarın 8-də Beynəlxalq Miqrasiya Təşkilatı açıqlayıb.

Təşkilatın Əfqanıstandakı missiyasının rəhbəri Laurence Hartın deməsinə görə, Birləşmiş Ştatların İrana sanksiyaları bu tendensiyası gücləndirib. Belə ki, sanksiyalar İran rialını ucuzlaşdırıb, inflyasiyanı artırıb.

Əfqanıstanın Herat şəhərində çıxış edən Hart tendensiyanın davam edəcəyinin gözləndiyini vurğulayıb.

Adamların geri qayıtmasına səbəb İran da daxil olmaqla regionda iqtisadi imkanların azalmasıdır”, – Hart vurğulayıb.

Təşkilat Əfqanıstana qayıdanların sayını 2012-ci ildən hesablayır və ötən il ən böyük göstəricinin qeydə alındığını bildirir.

Əfqanıstanda qaçqınlar
Əfqanıstanda qaçqınlar

SƏNƏDSİZ ƏFQANLAR

Bu arada Pakistandan 33 mindən də az əfqan qayıdıb. 1979-cu ildə sovet işğalından qaçan əfqanların çoxu Pakistana sığınıb.

İranda isə 1,5-2 milyon “sənədsiz” əfqanın yaşadığı bildirilir. BMT-nin qaçqınlar üzrə agentliyi bunu sentyabrda hökumətin hesablamalarına əsasən açıqlayıb.

1 milyon qaçqın isə qeydiyyata alınmış vəziyyətdə yaşayır.

İllər boyu ölkəni tərk etməyə çalışan əfqanlar qaçaqçılara adambaşına 300-500 dollar verərək İranla sərhədə keçib, ailələrini dolandırmağa iş tapmağa çalışıb.

Ötən il ABŞ Prezidenti Donald Trump İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını açıqlayıb, Tehrana sanksiyaları bərpa edib.

Bu arada Almaniyada sığınacaq üçün müraciət etmiş, ancaq rədd edilmiş 36 əfqan yanvarın 8-də Kabilə varid olub. 2016-cı ildən Almaniyadan 475 əfqan geri qaytarılıb.

İyulda deportasiya olunmuş bir əfqan özünü öldürmüşdü. 23 yaşlı həmin şəxs səkkiz il Almaniyada yaşayandan sonra Kabilə göndərilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG