Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:57

Amazon dünyanın ən dəyərli publik şirkətidir


Amazonun loqosu
Amazonun loqosu

Amazon onlayn pərakəndə ticarətçisi dünyanın ən dəyərli publik (açıq) səhmdar şirkətinə çevrilib. Bu şirkətin səhmlərinin bahalanması onu Microsoft və ABŞ-ın digər texnologiya nəhənglərindən önə çıxarıb.

Yanvarın 7-də səhmlərinin qiyməti 3,4 faiz bahalanan Amazon 796,8 milyard dollar dəyərlə birinci yerə keçib.

Bu, Microsoft-un dəyərindən 13,2 milyard dollar çoxdur.

Rəhbəri Jeff Bezos Amazonu onlayn kitabsatandan bir çox məhsulların alverini edən şirkətə çevirib.

Jeff Bezos
Jeff Bezos

Şirkət mal anbarlarına, paylayıcı şəbəkələrə, data mərkəzlərinə böyük yatırımlar edir.

Mal satışından başqa, Amazon videostriminq xidmətilə orijinal əyləncə kontenti də yaradıb.

Apple uzun müddət dünyanın ən böyük şirkəti sayılırdı. Ancaq noyabrdan səhmləri ucuzlaşmağa başlayıb. Səbəb Apple üçün əsas bazar sayılan Çində iPhone satışının zəifləməsidir.

Hazırda Apple şirkətinin bazar dəyəri 702 milyard dollardır və dördüncü yerdədir.

Amazondan sonra isə Microsoft, üçüncü yerdə Google-nun ana şirkəti Alphabet gəlir. Yanvarın 7-də sonuncunun bazar dəyəri 745,2 milyard dollar olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG