Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:47

ABŞ hərbi gəmisi Rumıniya limanına yan alır


Arxiv fotosu

ABŞ-ın donanma gəmisi Rumıniya limanına yan alıb. Bu, Rusiyanın sıx nəzarət etdiyi Qara Dənizdə Birləşmiş Ştatların güc nümayişi sayılır.

USS Fort McHenry noyabrda ilhaq olunmuş Krım yarımadası yaxınlığında Rusiya və Ukrayna qüvvələrinin qarşıdurmasından sonra Qara dənizə girən ilk ABŞ gəmisidir.

Rumıniya və ABŞ rəsmilərinin bildirməsinə görə, gəmi Konstanta limanına yanvarın 7-də çatıb, 10-dək orda qalacaq.

O, daha sonra Rumıniya freqatı ilə birlikdə ərazi və beynəlxalq sularda dəniz manevrlərinə qatılacaq.

Gəmidə ABŞ-ın neçə hərbçisinin olduğu bəlli deyil.

Altı həftə öncə Rusiya Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Ukraynanın üç gəmisini və onların heyət üzvlərini ələ keçirib.

İnsident baş verən zaman Ukrayna gəmiləri Rusiyanın tikdiyi Kerç körpüsünün altından keçərək Azov dənizinə daxil olmaq istəyirdilər.

XS
SM
MD
LG