Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Rusiya səfirinin qətli üzrə məhkəmə başlanır


Səfirin öldürülməsi
Səfirin öldürülməsi

2016-cı ildə Rusiyanın Türkiyədəki səfirinin qətlində əli olmaqda suçlanan qrupun məhkəməsi başlanır.

Türkiyə hakimiyyəti Andrei Karlovun qətlinə görə 28 nəfərə ittiham irəli sürüb. Səfir 2016-cı ilin dekabrında Türkiyənin paytaxtı Ankarada keçirilən foto sərgisində iş başında olmayan polis əməkdaşı tərəfindən güllələnib.

Yanvarın 8-də Ankarada başlanacaq prosesdə neçə şübhəlinin mühakimə olunacağı bəlli deyil.

Türkiyə və Rusiya mediası 13 nəfər barəsində həbs qətimkan tədbirinin seçildiyini bildirir. Onların içində dörd keçmiş polis əməkdaşı, sərginin təşkilatçısı da var. Digərləri qiyabi mühakimə olunmalıdır.

16 şübhəli “terror yaratmaq məqsədilə bilərəkdən adam öldürmək”də, 12-si isə “terror təşkilatının üzvü olmaq”da suçlanır.

Silahlı diplomatı qətlə yetirəndən az sonra öldürülüb.

Recep Tayyip Erdogan (solda) və Vladimir Putin
Recep Tayyip Erdogan (solda) və Vladimir Putin

Rəsmilər onun ABŞ-da yaşayan vaiz Fethullah Gulen şəbəkəsinə üzv olduğunu, Karlovun öldürülməsində məqsədin Türkiyə-Rusiya münasibətlərini pozmaq olduğunu bildirib.

Gulenin hərəkatı 2016-cı ildə Türkiyədə uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlanır.

Türkiyə dəfələrlə Birləşmiş Ştatlardan Gulenin ekstradisiyasını istəyib, amma Vaşinqton hələlik, bu çağırışlara dirəniş göstərib.

Gulenə bağlılıqda ittiham olunan on minlərlə adam həbs olunub. İnsan haqları qrupları, Türiyənin qərb müttəfiqlərinin bəziləri bu kampaniyanı tənqid edib.

Regional rəqiblər olan Türkiyə və Rusiya Suriya müharibəsində qarşı tərəflərdə yer alıblar. 2015-ci ilin noyabrında Türkiyə qırıcısı Suriya sərhədində Rusiyanın hərbi təyyarəsini vurandan sonra ikitərəfli gərginlik qızışıb.

Ancaq Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan gərginliyi aradan qaldırmağa çalışıb. Onlar Suriya münaqişəsinin həlli üzrə də çalışdıqlarını göstərirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG