Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Qazaxıstanda ermənilərin iştirakıyla dava olub, ölən var (VIDEO)


Qaraqandada etirazlar

Qazaxıstanın Qaraqanda şəhərində restoran davasına görə axtarışda olan şübhəli Narek Gururian olduğunu iddia edən şəxs yanvarın 7-də YouTube kanalında yayılmış videoda bildirir ki, o toqquşmada iştirak etsə də, heç kimi öldürməyib. 1997-ci il doğumlu şübhəli bunu da deyir ki, hakimiyyət orqanlarına təslim olmağa hazırdır.

"Mən özümü Qazaxıstan Respublikasının jhakimiyyət orqanlarına təslim etməyə hazıram və hakimiyyətdən təhlükəsizliyimin təminatını və təhqiqatın şəffaflığını rica edirəm. Mən etdiyim əmələ görə məsuliyyət daşımağa hazıram, lakin heç kimin günahını üzərimə götürmək fikrim yoxdur. Mən qatil deyiləm”.

Bundan əvvəl, yanvarın 6-da Qaraqanda polis idarəsinin qarşısına toplaşan etirazçılar qətlin ciddi araşdırılmasına çağırmış və ermənilərin ölkədən deportasiya olunmasını tələb etmişdilər.

Bəzi etirazçılar bildiriblər ki, “qatillər pullu olduqlarına görə cəzadan yaxa qurtaracaqlar”.

Qaraqanda qubernatoru Erlan Qoshanov etirazçıların qarşısında çıxış edərək deyib ki, bu qətl üçün məsul olan bütün şəxslər mükahakimə olunacaqlar:

"Bu iş ən yüksək səviyyədə hakimiyyətin nəzarətindəndədir. Biz təhqiqatı bütün məsuliyyət daşıyanlar cəzalandırlanadək davam etdirəcəyik. Mən regionun qubernatoru və prezidentin nümayəndəsi kimi sizə vəd edirəm ki, azadlıqda qalan əsas şübhəli iki-üç günə həbs olunacaq”.

Qoshanov deyib ki, qohumları şübhəlini gizlətməyə çalışsalar, onlar da mühakimə ediləcəklər.

Bu vəddən sonra etirazçılar meydanı tərk ediblər.

Yanvarın 6-da qubernatorun saytında dərc olunmuş bəyanatda deyilir ki, qətl və xuliqanlıq maddələri ilə istintaq başlanıb.

"Hazırda bu ölümcül dava-dalaşın 9 iştirakçısı müəyyən edilib. Onlardan 8-i saxlanıb, bir nəfər isə beynəlxalq axtarışa verilib. Biz vurğulamaq istəyirik ki, dava iki qrupun arasında baş verib və etnik motivləri yoxdur.”

Bəyanatda xəbərdarlıq edilir ki, etnik nifrəti qızışdıranlar cinayət məsuliyyəti ilə üzləşə bilərlər.

Qazaxıstan onlarca millətin yaşadığı polietnik ölkədir.

Son statistik məlumata görə ölkə əhalisinin 63, 1 faizi qazaxlar, 23. 7 faizi isə ruslardır. Bundan başqa ölkədə özbəklər (2, 8 faiz), ukraynalılar (2, 1 faiz), tatarlar (1, 3 faiz), uyqurlar (1, 4 fazi), almanlar (1, 1 faiz), azərbaycanlılar (0, 21 faiz), ermənilər (0,09 faiz) və başqa millətlər yaşayır.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Qazaxıstanda ermənilərin iştirakıyla dava olub, bir nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Etirazçılar hakimiyyətdən izahat, ədalətli məhkəmə araşdırması tələb edirlər. Məlumatı AzadlıqRadiosu-nun Qazaxıstan xidməti yayıb.

Qaraqanda şəhərində yüzlərlə vətəndaş küçələrə çıxaraq hakimiyyətdən kütləvi davanın izahını istəyib.

Qazaxıstan polisinin məlumatına görə, Yeni il gecəsi restoranların birində baş vermiş qalmaqallı insidentin iştirakçılarından üçü ermənidir. Torqom Malxasyan və Soxak Malxasyan saxlanılıb, ağır cinayət törətməkdə şübhəli bilinirlər. Narek Qururyan isə axtarılır.

“ÇOX HƏSSAS MƏSƏLƏDİR”

Rəsmilər davanın millətçi zəmində baş verdiyini təkzib ediblər.

İnsidentlə əlaqədar Ermənistanın Xarici İşlər Nazirliyi və Qazaxıstandakı Ermənistan səfirliyi lap əvvəldən Astana rəsmiləri ilə əlaqə saxlayır. Bunu isı Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

Qazaxıstan tərəf durumun nəzarətdə saxlanması üçün gərəkən addımların atılacağına təminat verib. Bu addımlar atılır. Səfirlik icma strukturlarının rəhbərləri ilə də daimi əlaqə saxlayır”, – Koçaryan deyib.

Nazir müavini durumun həssaslığını nəzərə alaraq tərəfləri bəyanatlarına böyük məsuliyyətlə yanaşmağa çağırıb. “Bu, çox həssas məsələdir, ona millətçi rəng vermək cəhdləri qəbuledilməzdir”, – o deyib.

İnsident zamanı iki qrup arasında dava baş verib, dörd nəfərə bıçaqla xəsarət yetirilib, biri dünyasını dəyişib.

Yanvarın 6-da Qaraqanda küçələrinə çıxan yüzlərlə vətəndaş hakimiyyətdən izahat istəyib. Onlardan bəziləri “cinayətkarların cəzasız qala biləcəyindən” narahatlığını dilə gətirib.

Etirazçılarla vilayət rəhbəri Yerlan Koşanov görüşüb. O vəd edib ki, axtarışda olan əsas şübhəli 2-3 günə saxlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG