Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 16:36

Taliban hücumlarında 26 nəfər həlak olub


Arxiv fotosu

Taliban yaraqlıları Əfqanıstanın qərbində təhlükəsizlik postlarına hücum edib, 21 polis əməkdaşı və hökumətpərəst döyüşçü öldürülüb. Bunu rəsmilər yanvarın 7-də bildirib. Hücumlar yanvarın 6-da axşam Türkmənistanla sərhəddəki Badğis vilayətinin iki ayrı-ayrı yerində törədilib.

Vilayət rəsmisi Abdul Aziz Bek 14 polis əməkdaşının, yeddi hökumətpərəst döyüşçünün öldürüldüyünü, doqquz nəfərin yaralandığını bildirib.

Polisin sözçüsü Jamshid Shahabi azı 15 talibançının qətlə yetirildiyini, 10-nun yaralandığını qeyd edib.

Hücumlara görə məsuliyyəti Taliban üzərinə götürüb. Qruplaşmanın sözçüsü Qari Yousuf Ahmadi bəyanatında deyib ki, yaraqlılar təhlükəsizlik qüvvələri və hökumətpərəst döyüşçülərdən 34-nü qətlə yetirib, xeyli silah-sursat ələ keçiriblər.

Bundan başqa, Paktika vilayətində yol kənarına qoyulmuş bomba beş dinc sakinin həyatına son qoyub, yeddisini yaralayıb. Bu hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq vilayət rəsmisi Mohammad Rasoul Adel bombanı kənd meydanına Talibanın qoyduğunu deyib.

Taliban təmsilçiləri və ABŞ rəsmiləri bu ay bir araya gələcək, xarici qüvvələrin geri çəkilməsini, mümkün atəşkəsi götür-qoy edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG