Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:51

Qərb mediası da Mehman Hüseynovun aclıq aksiyasından yazır


Mehman Huseynov
Mehman Huseynov

“Azərbaycanda həbsdə olan bloqqer saxta ittihamlara qarşı aclıq aksiyası keçirir. O azad olunmalıdır”. Bunu “The Washington Post” qəzeti redaksiya məqaləsində yazır.

Mehman Hüseynov azad mətbuat uğrunda çalışan bloqqer və fəaldır, Azərbaycanı idarə edənlər haqda rahatsızlıq yaradan həqiqəti, rəsmi korrupsiyanı, polis qəddarlığını ortaya qoyan jurnalistdir. O, iki ildir ki, saxta ittihamlarla həbsdədir. Həbs müddəti sona çatmaq üzrəykən Azərbaycan polisi onu beş ildən yeddi ilədək həbsdə saxlamağa imkan verən yeni ittihamlar uydurub. Hüseynov etiraz kimi aclıq aksiyasına başlayıb. O azad olunmalı, bu məzhəkəyə son qoyulmalıdır”, – məqalədə deyilir.

Qəzet qeyd edir ki, bu yeni təqib “despot İlham Əliyevin” hakimiyyətə altında dissidentərin və jurnalistlərin təqib olunması reallığını ortaya qoyur. İnsan haqları qrupları cənab Əliyevin həbsxanalarında 10 jurnalist daxil olmaqla 150 siyasi məhbusun cəza çəkdiyini bildirir. 2016-cı ildə araşdırmaçı jurnalist Xədcə İsmayılovanın azadlığa buraxılması Azərbaycanda hakimiyyətə qarşı çıxanlara təhlükəyə son qoymadı. Elə İsmayılovanın özü də bu yaxınlarda yenidən gözümçıxdıya salınıb.

Məqalədə daha sonra Mehman Hüseynovun indiyədək məmurları ifşaedici videolar yaydığı qeyd olunur. O, polisə “böhtan atmaq” ittihamıyla iki illik həbsə məhkum edilib. İndi isə həbsxana rəsmisinə hücum etməkdə suçlanır.

Cənab Əliyev yəqin düşünür ki, heç kəs onun qəddar davranışını tənqid etməyəcək. Təcrübəli diplomat Earle D. Litzenberger təzəlikcə ABŞ-ın səfiri postuna təyin olunub. O, təsdiqlənmə dinləməsində elan edib ki, “demokratiyaları müstəqil məhkəmə, hüququn aliliyi, azad media, dinamik vətəndaş cəmiyyəti, plüralizm, demokratik seçki prosesləri, insan haqları və fundamental azadlıqlara sayqı dəstəklədiyi halda çiçəklənir”. Yeni səfir postunda ilk iş olaraq səfir bu siyahını cənab Əliyevə ucadan oxumalı və Mehman Hüseynovun buraxılmasında təkid etməlidir”, – qəzet yazır.

Penitensiar Xidmət rəsmiləri Mehman Hüseynovun aclığı dayandırdığını bildirir. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi məhbusun olmadığını, heç kəsin siyasi motivlə həbsə atılmadığını vurğulayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG