Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Putinlə Erdogan ‘tezliklə’ görüşəcəklər


Recep Tayyip Erdogan (solda) və Vladimir Putin
Recep Tayyip Erdogan (solda) və Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan-la “tezliklə” görüşəcək və Birləşmiş Ştatların Suriyadan hərbçilərini çıxarmaq planlarını müzakirə edəcək. Hər iki ölkə Suriyada hərbi əməliyyatlarda iştirak edir.

Türkiyənin Anadolu dövlət agentliyi yanvarın 6-da xəbər verib ki, görüş bu ay baş tutacaq, ancaq dəqiq tarix hələlik, bəlli deyil.

Kremlin sözçüsü Dmitry Peskov da iki liderin “tezliklə” danışıqlar aparmaq niyyətində olduğunu təsdiqləyib.

Putinlə Erdogan sonuncu dəfə dekabrın 1-də Buenos Ayresdə Böyük 20-liyin sammitində görüşüblər.

İki ölkənin xarici işlər və müdafiə nazirləri dekabrın sonunda Moskvada bir araya gələrək Suriyadan danışıblar.

John Bolton

BOLTON SURİYA MƏSƏLƏSİNİ TÜRKİYƏDƏ DƏ MÜZAKİRƏ EDƏCƏK

Suriyada yeddi ildir vətəndaş müharibəsi gedir. Rusiyayla İran Prezident Bashar al-Assadı dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə müxtəlif üsyançıların arxasında durur.

​ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, yanvarın 8-də Türkiyənin Müdafiə naziri Hulusi Akar və kəşfiyyat rəhbəri Hakan Fidan ilə Türkiyədə görüşəndə ABŞ-ın planlarını müzakirə edəcək.

Bolton Türkiyədən öncə İsraildə danışıqlar aparır. O deyib ki, Birləşmiş Ştatların hərbçilərini çıxarması Türkiyənin ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərə təminat verməsinə bağlıdır.

Prezident Donald Trump dekabrın 19-da deyib ki, Suriyadan 2 min ABŞ hərbçisinin hamısı çıxarılacaq. Tərəfdarları, tənqidçiləri, beynəlxalq müttəfiqləri bu qərardan sarsılıblar, bunun Rusiya və İranın qələbəsi, kürdlərin Türkiyə qüvvələrinin insafına buraxılması olduğunu deyiblər.

Ankara Birləşmiş Ştatların Suriyada dəstəklədiyi YPG qruplaşmasını Türkiyədə qadağan olunmuş PKK-nın əlavəsi sayır.

Trump hərbçilərin çıxarılması üçün konkret qrafik açıqlamayıb. Ancaq respublikaçı senator Lindsey Graham jurnalistlərə deyib ki, Trump Türkiyənin kürd qüvvələrlə toqquşmamasından əmin olmağa qərarlıdır.

İsrail isə ABŞ hərbçilərinin Suriyadan çıxarılmasının bu ölkədə İranın mövqeyini möhkəmləndirəcəyindən narahatlığını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG