Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Bolton Türkiyənin kürdləri qorumasından danışır


Suriyada ABŞ hərbçiləri
Suriyada ABŞ hərbçiləri

ABŞ əsgərlərinin Suriyadan tamamilə çıxarılması Türkiyənin Suriyadakı kürdlərin təhlükəsizliyinə təminat verməsinə bağlıdır. Bunu ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton söyləyir.

Bolton yanvarın 6-da İsrailə səfəri zamanı qeyd edib ki, ABŞ-ın geri çəkilməsi üçün əsas şərt Suriyada İslam Dövləti (İŞİD) terror təşkilatının qalan elementlərinin də məhvidir.

O, ABŞ qüvvələrinin geri çəkilməsinin qrafikinin olmadığını söyləyib.

“TÜRKLƏR BİZİMLƏ KOORDİNASİYA ETMƏDƏN...”

Qrafik bizim gerçəkləşdirməli olduğumuz siyasi qərarlardan yaranır”, – o deyib.

John Bolton
John Bolton

Bolton Prezident Donald Trump-ın “İŞİD xilafətini məhv etmək istədiyini” sözlərinə əlavə edib.

Milli təhlükəsizlik müşavirinin sözlərinə görə, Trump deyib ki, o, Türkiyənin Suriyada ABŞ əsgərləri ilə yanaşı savaşan kürdlərə hücum etməsinə imkan verməyəcək.

“Fikrimizcə, türklər bizimlə tam koordinasiya olunmayan, Birləşmiş Ştatlarla razılaşdırılmayan hərbi əməliyyat apara bilməz”, – Bolton vurğulayıb.

Ankara Suriyadakı kürd yaraqlıların Türkiyədə terrorçu hesab etdiyi kürd döyüşçülərlə müttəfiq olduğunu bildirir.

Boltonun deməsinə görə, Birləşmiş Ştatlar Suriyadakı kürd müttəfiqlərdən xahiş edib ki, Türkiyəyə qarşı Rusiyadan, yaxud Suriya Prezidenti Bashar al-Assad hökumətindən qoruma istəməsin.

Suriyanın şimalında Türkiyə tankları və zirehli maşınları
Suriyanın şimalında Türkiyə tankları və zirehli maşınları

“KİM ONLARIN DOSTUDUR, BİLİRLƏR”

Məncə, kimin onların dostu olduğunu bilirlər”, – Bolton vurğulayıb.

Dekabrın 20-də Twitter-də yerləşdirdiyi videomüraciətdə Trump deyib ki, ABŞ qüvvələrinin “hamısı geri qayıdır”.

İŞİD üzərində qələbə çalmışıq, onları bərk vurmuşuq”, – o deyib.

Trump yanvarın 6-da jurnalistlərə deyib ki, “əsgərlərimizi geri çəkəcəyik. Onları tezliklə çıxaracağımızı heç vaxt deməmişəm”.

Suriyadan çıxırıq… İŞİD tam getməyənədək tamamilə çıxmayacağıq”, – o əlavə edib.

Müdafiə naziri Jim Mattis bu qərara görə istefa verib. Fransa və Almaniya daxil NATO müttəfiqləri isə deyiblər ki, ABŞ siyasətində kəskin dəyişiklik İŞİD-lə mübarizəyə risk yaradar, İŞİD-lə savaşan kürd yaraqlılarını təhlükəyə salar.

Boltonun sözləri ABŞ administrasiyasından ilk dəfə olaraq geri çəkilmə planının ertələnməsini təsdiqləməsi sayılır. İlkin olaraq planın bir neçə həftəyə tamamlanacağı gözlənirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG