Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:46

Merkelin idarəsindən həssas informasiya sızmayıb


Angela Merkel
Angela Merkel

İnternetdə yüzlərlə alman siyasətçi barədə şəxsi informasiya yayılıb. Ancaq Kansler Angela Merkelin idarəsindən həssas informasiya sızmayıb. Bunu hökumətin sözçüsü bu gün – yanvarın 4-də deyib.

Daxili İşlər Nazirliyinin sözçüsü bu informasiya sızmasının haker hücumunun nəticəsi olduğunu təsdiqləməkdən imtina edib. İnformasiya sızması milli kibermüdafiə qurumunu təcili toplanmağa sövq edib.

Almaniya mediasının yazmasına görə, hakerlər bütün əsas partiyalardan siyasətçilərin kredit kartları məlumatlarını, mobil telefon nömrələrini internetdə yayıblar. Bircə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası hücuma məruz qalmayıb.

Hökumətin sözçüsü Martina Fietz mətbuat konfransında informasiya təsdiqləyib.

ƏVVƏLKİ HÜCUMLARA GÖRƏ RUSİYA QRUPU SUÇLANIB

İnformasiyanı ilk dəfə yaymış ARD televiziyası bildirib ki, jurnalistlər hələlik, cinayət tərkibli kontent aşkarlamayıblar.

Arxiv fotosu
Arxiv fotosu

Müdafiə nazirliyinin sözçüsü silahlı qüvvələrin bu hücumdan kənar qaldığını bildirib.

BSI kibermüdafiə qurumu cümə günü səhər bir araya gəlib, federal hökumətin atacağı addımları götür-qoy edib.

Əgər bu informasiya sızması haker hücumu nəticəsində baş veribsə, Almaniyanın siyasi qurumlarına və aparıcı şəxslərinə qarşı ən son hücum sayıla bilər.

Ötən il deputatlar bildirmişdilər ki, xarici işlər nazirliyinin kompüter şəbəkəsi güclü kiberhücuma məruz qalıb.

Təhlükəsizlik əməkdaşları bundan əvvəlki hücumlara görə Rusiyanın APT28 haker qrupunu suçlayıblar. Ekspertlər bu qrupun Rusiyanın kəşfiyyat agentliyinə bağlı olduğunu deyir. 2016-cı ildə ABŞ-da prezident seçkisindən öncəki hücuma görə də təhlükəsizlik ekspertləri həmin qrupu suçlamışdılar.

Kreml öncəki ittihamları rədd edib, bu ittihamları rusofobik əcinnə ovunun tərkib hissəsi adlandırıb.

Yüzlərlə alman siyasəti barəsində informasiyanın oğurlanması narahatedicidir, ancaq eyni zamanda təəccüblü deyil”, – FireEye kommersiya kibertəhlükəsizlik şirkətindən Mike Hart deyib.

Bu onu göstərir ki, hökumət kibertəhlükəsizliyə ciddi yanaşmalıdır”, – o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG