Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Rusiyalılar 2019-a inamsız başlayırlar – Qərb mediası


Rusiya, arxiv fotosu
Rusiya, arxiv fotosu

2019-cu il bir neçə gündür başlayıb, artıq Rusiyanın xəbər başlıqları buranın məyusedici, bədbəxt bir məkan mənzərəsini yaradır. Bu haqda “Forbes” dərgisində Kenneth Rapoza söz açır.

Rusiya özünə, liderlərinə inamı, gələcəyə ümidi itirib... 2014-cü ildə Ukraynaya müdaxilədən sonra Qərbin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatını vurub. Ölkə indi idxaldan daha az asılıdır, kənd təsərrüfatı çiçəklənib, ancaq fermerlər elə də sevincək deyirlər. Onlar hökuməti suçlayırlar. Kənd təsərrüfatı menecerlərinin 50 faizdən də azı (46%) hökumətə inandığını söyləyib”, – məqalədə deyilir.

“Həm hökumətin subsidiyalarşdırdığı, həm də sanksiyalardan ən çox faydalanmış sektorda cəmi 46% hökumətə müsbət yanaşırsa, onda bunu kim edəcək? Rusiyanın əlində qalan neft və qaz sənayesidir. Senator John McCain vaxtilə Rusiyanı böyük yanacaqdoldurma stansiyası adlandırmışdı, görünür, yanılmayıb”, – müəllif vurğulayır.

Rusiyada pensiya islahatına etirazlar
Rusiyada pensiya islahatına etirazlar

Üstəlik, ötən il hökumətin pensiya yaşını qaldırmaq təklifi, verginin artırılması da qəzəb doğuran mənbələrdir. Bəzi yazarlar Prezident Vladimir Putinin militarizminin rusiyalıları təngə gətirdiyini yazır. Ancaq müəllifin fikrincə, Putinin reytinqinə ən çox bankda pulun azalması və pensiya almaqdan ötrü daha artıq işləmək ehtiyacı ziyan vurub.

İnternet senzurası alınmayacaq

Azad sözü tənzimləmək ən yaxşı şəraitdə belə çətindir, internet barədə isə yaxşı şəraitdən söz açmaq mümkün deyil. “Bloomberg”in saytında Tyler Cowen interneti tənzimləməyin çətinliklərindən yazır.

Müəllif problemin Facebook və YouTube kimi sistemlərin pis oyunçulara qarşı da xeyli qonaqpərvər olmasıyla izah edir. Məsələn, Rusiya hökuməti 2016-cı ildə ABŞ-da prezident seçkisi zamanı seçicilərə əsir göstərməkdən ötrü bu platformalardan gen-bol istifadə edib.

İllüstrativ foto
İllüstrativ foto

Alternativ yanaşma şirkətlərin tənzimləməni alqoritmlə aparmasıdır. Məsələn, hansısa post nasistlərlə, yəhudilərin aşağılanmasıyla bağlıdırsa, alqoritm həmin postları avtomatik yasaqlaya bilər. Başlanğıcda bu alınar, ancaq sonrada alqoritmi aldatmağın da yoluna taparlar. Bundan başqa bəzən alqoritm nəyisə təhqiramiz kimi dəyərləndirir, amma əslində, elə deyil. Görünür, insan mühakiməsi istənilən alqoritm üzərində üstünlüyünü saxlayacaq”, – yazan müəllif Facebook-un bu yaxınlarda xeyli nizamlayıcı resurs açdığını qeyd edir. Di gəl, bu platformanın arzuolunmaz istifadəçiləri heç yerə gedən deyil, özəlliklə də Birləşmiş Ştatlarda.

Facebook böyüdükcə, daha çox regionu və dili əhatələdikcə insanların yalnız Facebok-un uyğun saydıqlarını yayması çətinləşir”, – müəllif vurğulayır.

Nazanin Zaghari-Ratcliffe aclığa başlayır

Tehranda casusluq ittihamıyla saxlanmış İran əsilli britaniyalı Nazanin Zaghari-Ratcliffe aclıq aksiyasına başlayır. O, tibbi müalicədən imtina olunmasına etiraz edir.

Nazanin Zaghari-Ratcliffe (solda) və Narges Mohammadi
Nazanin Zaghari-Ratcliffe (solda) və Narges Mohammadi

Zaghari-Ratcliffe Evin xəstəxanasından yazıb ki, bu ayın sonunda üçgünlük aclıq aksiyası keçirəcək. Tanınmış insan haqları fəalı Narges Mohammadi də ona qoşulacaq və həkim tələb edəcəklər.

Tehranda mənzillənən İnsan Haqları Müdafiəçiləri Mərkəzinin dərc etdiyi məktubda Zaghari-Ratcliffe hər iki qadının “dəfələrlə müraciət etmələrinə baxmayaraq” tibbi xidmət ala bilmədiklərini yazır.

Thomson Reuters Fondu üçün işləyən Zaghari-Ratcliffe 2016-cı ilin aprelində Tehran beynəlxalq aeroportuna saxlanıb. O, ailəsini görəndə sonra ölkədən çıxmaq üzrəydi.

Ona casusluq, İslam Respublikasına qarşı sui-qəsd planlaşdırmaq ittihamları irəli sürülüb və beş il həbsə məhkum edilib. Cəzasının yarısını çəkdiyindən şərti buraxıla bilər, ancaq İran hakimiyyəti bundan imtina edir.

XS
SM
MD
LG