Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Rusiyada bina uçqunu qurbanlarının dəfni başlanır


Xilasetmə işlərinin sonuncu günü
Xilasetmə işlərinin sonuncu günü

Yanvarın 4-də Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasının qismən çökməsi nəticəsində ölənləri torpağa tapşıracaqlar.

TASS dövlət agentliyinin məlumatına görə, beş nəfər Maqnitoqorskda, altıncı qurban isə Aqapovka kəndində basdırılacaq.

AzadlıqRadiosu tacik xidmətinin məlumatına görə, faciə zamanı dünyasını dəyişmiş tacik ailəsinin dörd üzvü Tacikistana aparılacaq.

Yeni il qabağı baş vermiş hadisədə azı 39 nəfər həlak olub.

Rəsmilər 1973-cü ildə tikilmiş, 1100 nəfərin yaşadığı binadakı partlayışa qazsızmanın səbəb olması ehtimalını araşdırırlar.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanvarın 3-də xilasetmə əməliyyatının başa çatdığını elan edib.

Zərərçəkənlərə yardım qərargahı
Zərərçəkənlərə yardım qərargahı

Nazir müavini Aleksandr Chupriyan 39 qurbandan 38-nin kimliyinin müəyyənləşdirildiyini bəyan edib.

Yanvarın 2-də Maqnitoqorsk şəhərinin yerləşdiyi Çelyabinsk regionunda rəsmi matəm elan olunmuşdu.

TASS ölənlərdən birinin qohumuna istinadla yazır ki, dairə administrasiyası Aqapovka kəndindəki dəfnə 25 min rubl (360 dollar) ayırıb.

Tacikistandan olan 26 yaşlı Shuhrat Ulfatov şaxtalı havada dağıntılar altında altı saatdan çox qalıb, huşsuz vəziyyətə tapılıb, xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı və üç övladı isə hadisədən sağ çıxmayıb və bu gün Çelyabinskdə mərasimdən sonra onların cənazələri Tacikistana aparılacaq.

Çelyabinskdə xəstəxanada yatan Ulfatovun durumu ağır olsa da, sabitdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG