Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 19:00

ABŞ və Çin rəsmiləri görüşəcəklər


Donald Trump (sağda) və Xi Jinping (solda) Argentinada

Birləşmiş Ştatlar və Çinin rəsmiləri yanvarın 7-8-də dünya bazarlarını çalxalamış ticarət mübahisəsinin həllindən ötrü danışıqlar aparacaqlar.

ABŞ-ın nümayəndə heyətinə ticarət təmsilçisinin müavini Jeffrey Gerrish rəhbərlik edəcək. Tərəflər Prezident Donald Trump-ın çinli həmkarı Xi Jinping ilə ötən il Argentinada Böyük 20-liyin sammiti çərçivəsində əldə etdiyi “vacib konsensusun icrasını” müzakirə edəcəklər. Məlumatı yanvarın 4-də Çinin Ticarət Nazirliyi yayıb.

Nazirlik tərəflərin görüşün tarixini yanvarın 4-də telefon danışığı zamanı “təsdiqlədiyini” bildirib, amma bundan artıq açıqlama verməyib.

Ötən il Vaşinqton və Pekin ticarət müharibəsinə baş vurublar, bir-birinin milyardlarla dollarlıq məhsuluna tariflər tətbiq ediblər.

Səhm bazarları qlobal məhsul axınında kəsilmə qorxusu ucbatından böyük itkiylə üzləşib.

Argentinada isə Trump və Xi ticarət müharibəsində atəşkəsə razılaşıblar, dekabrın 1-dən başlayaraq 90 gün ərzində tariflərin tətbiqini ertələməyə boyun olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG