Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:21

Şimali Koreyanın İtaliyadakı səfirinin gizləndiyi deyilir


Şimali Koreyanın Romadakı səfirliyi

Bu yaxınlaradək Şimali Koreyanın İtaliyadakı səfiri vəzifəsini icra etmiş diplomatın gizləndiyi bildirilir. Bunu Cənubu Koreyanın kəşfiyyat agentliyi Seulda deputatlara deyib.

Deputat Kim Min-ki bildirib ki, Milli Kəşfiyyat Xidmətinin rəsmisi bu məlumatı onlarla yanvarın 3-də qapalı iclasda bölüşüb.

Pxenyanın Romadakı səfiri vəzifəsini icra edən Jo Song-gil həyat yoldaşı ilə birlikdə noyabrın əvvəlində rəsmi iqamətgahı tərk edib. Onun diplomatik missiyasının bitməsinə bir neçə həftə qalırdı.

Bu açıqlamadan öncə yayılmış təsdiqlənməmiş məlumatlarda Jo-nun Qərb ölkələrinin birindən sığınacaq istədiyi bildirilirdi.

Şimali Koreya diplomatın statusuyla bağlı hələlik, açıqlama verməyib.

48 yaşlı Jo 2017-ci ilin oktyabrından Romadakı səfirin vəzifəsini icra edirdi. İtaliya ovaxtkı səfir Mun Jong-nam-ı Şimali Koreyanın nüvə sınağına etiraz olaraq qovmuşdu.

Şimali Koreyanın Londondakı səfirinin köməkçisi Thae Yong Ho 2016-cı ildə vəzifəsini tərk edib, arvadı və uşaqlarıyla birlikdə Cənubi Koreyaya sığınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG