Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 20:57

Baharın gələcəyi vaxt bəlli olub


Günəş

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları bəlli olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytı məlumat verib.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib ki, yaz fəslinin Azərbaycana qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək. Həmin zaman gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli Azərbaycana qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG