Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:10

Yol az bir vaxtda iki dəfə nədən çöküb


Nobel prospektində yol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın Xətai rayonunun Nobel prospektində yolun bir hissəsinin az vaxtda iki dəfə çökməsinə münasibət bildirib.

AAYDA-dan bildirilib ki, araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edilib.

«Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib», - qurumdan vurğulayıblar.

AAYDA-dan bildirildiyinə görə, hazırda ərazidə tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaqdan ötrü izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentlik çökmüş hissənin bərpa olunacağını qeyd edir.

AAYDA-dan habelə vurğulanıb ki, ərazidə təhlükəsizliyin təmin olunmasından ötrü müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nobel prospektində yol yenidən çöküb

Nobel prospektində bərpa olunan yol yenidən çöküb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı Qafqazinfo-ya açıqlamasında bildirib ki, ərazidə su sızması olduğundan hələ də araşdırma işləri aparılır: «Əvvəl də qeyd etdiyimiz kimi, ərazidə su sızması halının olduğu bildirilir. Bu halda biz hər hansı bir iş görə bilmirik. Səbəb müəyyən olunduqdan sonra biz bərpa işlərinə başlaya bilərik. Əks təqdirdə, su axır və çökmə hadisəsi yenidən baş verir».

«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı isə deyib ki, çökmə baş verən ərazidə onların balansında olan hər hansı bir su və kanalizasiya xəttində sızma müşahidə olunmayıb: «Hazırda iki qrupumuz ərazidə işləyir… Mütəxəssislərimiz yoxlayıb və «Azərsu»nun hər hansı bir xəttində sızma yoxdur. Əksinə, qrunt sularının bizim kollektorlara daxil olması ehtimalı var».

Həmin yolda dekabrın 24-də də çökmə baş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG