Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 20:37

Pirotexnikadan 5 nəfər xəsarət alıb


Səhiyyə Nazirliyi

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı bəlli olub.

Səhiyyə Nazirliyindən «Turan» agentliyinə bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 , yanvarın 1-də isə 2398 nəfər müraciət edib.

Onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: «Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub».

Dekabrın 31-də Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları geniş qeyd edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG