Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 20:18

Çinin aydagəzəni Ayın səthini tədqiq edir


Ayın qaranlıq tərəfinin fotosu

Çinin aydagəzəni Ayın qaranlıq tərəfini tədqiq etməyə başlayıb. Bu haqda Çinin kosmik agentliyi məlumat yayıb.

Aparatın baş dizayneri Wu Weiren yanvarın 4-də deyib ki, aydagəzənin kosmik gəmidən ayrılması onun özü üçün “kiçik, Çin xalqı üçün böyük bir addımdır”.

ABŞ astronavtı Neil Armstrong 1969-cu ildə Aya ilk dəfə ayaq basanda buna oxşar sözlər eşitmişdi.

Çinin kosmik agentliyi Jade Rabbit 2 aydagəzəninin ayın səthində fotosunu paylaşıb.

Chang’e-4 heyətsiz aparatı yanvarın 3-də Ayın səthinə enib. Bu, Ayın görünməyən tərəfinə enən ilk obyektdir.

***

Çinin heyətsiz kosmik aparatı Ayın qaranlıq tərəfinə enib. Bu, kosmosun tədqiqatı sahəsində əhəmiyyətli missiya sayılır.

CCTV və CGTN dövlət televiziyalarının yanvarın 3-də bildirməsinə görə, Chang'e-4 Aya uğurla enib. Çin Ayın qaranlıq tərəfinə obyekt göndərən ilk ölkəyə çevrilib.

Əlavə informasiya verilmir.

“The China Daily” qəzeti yazıb ki, aparat Ayın orbitinə 29-30 dekabr tarixində daxil olub, Ayın səthində 15 kilometrlik məsafə qət edib.

Missiya dekabrın 8-də Long March 3B raketi ilə orbitə buraxılıb. Aparatın daşıdığı robot Ayın səthini tədqiq edəcək, eksperimentlər aparacaq.

2013-cü ilin dekabrında Chang’e-3 1976-cı ildən bəri ilk dəfə olaraq Aya enmişdi. Ancaq bir aydan sonra aparatda texniki nasazlıq yarandı.

Birləşmiş Ştatlar, Hindistan, Yaponiya və Rusiya da yaxın gələcəkdə Aya kosmik aparatlar göndərməyi planlaşdırır.

ABŞ 1969-72-ci illərdə Aya 12 nəfər göndərib. Ancaq Ayın görünməyən tərəfinə missiya gerçəkləşməyib.

Kosmik aparatlar Ayın qaranlıq tərəfinin fotolarını çəkiblər. Ayın Yerdən görünməyən tərəfi ilə birbaşa kommunikasiya qurmaq çətindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG