Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:01

May Breksit sazişini parlamentdən keçirməyin ‘yolunu tapacaq’


Jeremy Hunt (sağda) İrana səfər zamanı, arxiv fotosu
Jeremy Hunt (sağda) İrana səfər zamanı, arxiv fotosu

Britaniyanın Baş naziri Theresa May Breksit sazişini ölkə parlamentində təsdiqlətməyin yolunu tapacaq. Bunu Britaniyanın Xarici işlər naziri Jeremy Hunt bu gün – dekabrın 2-də Sinqapura səfəri zamanı deyib.

May dekabrda sazişin parlamentdə səsə qoyulmasını ertələdi, onun deputatlar tərəfindən qəbul olunmayacağını etiraf elədi. Sazişin yanvarın sonunda səsverməyə çıxarılacağı gözlənir və hazırda May Avropa Birliyindən daha çox təminat almağa çalışır.

Theresa May masanın üstündəki sazişin bizi gömrük birliyində əbədi saxlamayacağına dair AB-dən təminat alan kimi... bu sazişi parlamentdən keçirməyin yolunu tapacaq”, – Hunt Sinqapurdakı çıxışından sonra suallara cavab verərkən deyib.

Avropa Birliyindən çıxmaqla bağlı ikinci səsvermənin keçirilməsinə gəlincə, Hunt deyib ki, bu, demokratiyaya zərbə vurar, AB-ni tərk etməməyin sosial fəsadları “fəlakətli olar”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG