Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:15

AzadlıqRadiosu ‘xarici agent’ cəriməsindən şikayət verəcək


Radio Svoboda-nın Moskva bürosu
Radio Svoboda-nın Moskva bürosu

AzadlıqRadiosu (RFE/RL) Rusiya Ali Məhkəməsinə 100 min rubl (1440 dollar) cərimənin ləğvindən ötrü müraciət edəcək. Həmin cərimə iyulda ölkənin qalmaqallı “xarici agent” qanunu çərçivəsində kəsilib.

Dekabrın 13-də Moskva Şəhər Məhkəməsi radionun apellyasiya şikayətini təmin etməyib.

İlkin instansiya məhkəməsinin qərarında deyilirdi ki, cərimə AzadlıqRadiosu-nun Rusiyadakı fəaliyyəti barədə hesabat vermək öhdəliyini yerinə yetirmədiyinə görə qoyulub. 2017-ci ilin dekabrında Ədliyyə Nazirliyi radionu və onun bir neçə bölümünü “xarici agent” qrupuna salıb.

Həmin təsnifat Prezident Vladimir Putinin 2017-ci ilin noyabrında imzaladığı qanuna əsasən aparılıb. Sözügedən qanun hökumətə imkan verir ki, xaricdən maliyyələşən media orqanlarına “xarici agent” damğası vursun. Eyni qayda 2012-ci ildə qəbul olunmuş qanuna uyğun olaraq, xaricdən maliyyələşən, siyasi fəaliyyətlə məşğul olduğu bildirilən qeyri-hökumət təşkilatlarına da aid edilir.

Rusiya "xarici agent" qanununu necə gerçəkləşdirir
Rusiya "xarici agent" qanununu necə gerçəkləşdirir

AzadlıqRadiosu cəriməni ödəsə də bildirir ki, fəaliyyəti barədə aprelin 15-dək qoyulmuş vaxtadək ona görə hesabat verə bilməyib ki, Ədliyyə Nazirliyi dəfələrlə edilmiş xahişlərə baxmayaraq, ərizə formalarını təqdim etməyib, məlumat prosedurunun ayrıntılarını da zamanında açıqlamayıb.

“HAKİMİYYƏTİN MƏQSƏDİ...”

Onsuz da tənqid olunan “xarici agent” qanununun media orqanlarının aid edilmısi Qərb hökumətlərinin sərt tənqidinə səbəb olub. Onlar və insan haqları fəalları Kremlin informasiyanı daha çox məngənəyə salmağa çalışdığını deyirlər.

Moskva Şəhər Məhkəməsinin qərarı Rusiya hakimiyyətinin şirkətimizə ziyan vurmağı, özəlliklə də Rusiyadakı jurnalistlərimizin işini əngəlləməyi hədəfləyən son cəhdidir”, – Radionun prezidenti vəzifələrini icra edən Daisy Sindelar deyib.

Bizim işimiz Rusiyada və bütün dünyadakı hadisələr barədə balanslı, obyektiv informasiya verməkdir. Jurnalistlərimizin hər hansı hökumətin agentləri olmasını demək saxtadır”, – o, sözlərinə əlavə edib.

Daisy Sindelar
Daisy Sindelar

Rusiya rəsmiləri isə “xarici agent” qanunun media orqanlarına aid edilməsinin ABŞ-ın addımına “simmetrik cavab” olduğunu deyirlər. Birləşmiş Ştatlar Kremlin dəstəklədiyi RT peyk televiziyasından Xarici Agentlərin Qeydiyyatı Aktına uyğun qeydiyyata düşməyi tələb edib.

ABŞ kəşfiyyatı RT-ni təbliğat yaymaqda suçlayıb.

Birləşmiş Ştatlar rəsmiləri iki ölkənin qanunlarının əsaslı fərqləndiyini, Rusiyanın xarici agent qanunundan narazıları susdurmaq, azad fikir mübadiləsindən çəkindirmək üçün yararlandığını bildirir.

AzadlıqRadiosu ABŞ Konqresi tərəfindən maliyyələşir. Ancaq ABŞ qanunvericiliyi qurumla ABŞ hökuməti arasında sədd çəkərək radionun redaktə azadlığını təmin edir.

Rusiya hökuməti “Amerikanın Səsi”, “Current Time TV”, eləcə də AzadlıqRadiosu-nun bir sıra digər bölmələrini də “xarici agent” kateqoriyasına salıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG