Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 20:55

Pensiya islahatına etirazların təşkilatçısına hücum olunub


Rusiyada pensiya etirazları

Rusiyada pensiya yaşının artırılmasına etiraz aksiyalarının təşkilinə kömək edən fəal naməlum şəxslər tərəfindən bərk döyülüb.

Valery Kazantsev-ə Sibirin Kemerovo şəhərində yaşadığı binanın blokunda yanvarın 1-də səhər hücum edilib. O, Yeni il şənliklərindən evinə qayıdırmış. Məlumatı AzadlıqRadiosu-na “Etiraz edən Kuzbas” hərəkatının koordinatoru verib.

Koordinator Lev Gyammer hücum edən iki nəfərin Kazantsevi “pedofil” adlandırdığını, bu hücumun “yalnız xəbərdarlıq” olduğunu söylədiyini deyib.

Yerli hökumətin nəzarətində olan bir qəzetdə dərc olunmuş məqalədə də Kazantsev “pedofil” adlandırılmışdı, Gyammer vurğulayıb.

Onun sözlərinə görə, hücumu, çox güman, yerli hakimiyyət sifariş edib.

Ötən il Rusiyada hökumətin pensiya yaşını artırmaq planı etirazlara səbəb olub.

Qeydiyyata alınmamış Rusiya Libertarian Partiyasının üzvü Kazantsev Kemerovodakı etiraz yürüşlərinin təşkilatçılarından idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG