Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 17:20

İlham Əliyev Putinə başsağlığı verib


İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə məktub göndərib. Bu gün, yanvarın 2-də rəsmi saytlarda yayılan məktubda bildirilir ki, Maqnitoqorskda baş vermiş faciə barədə xəbər onu dərindən kədərləndirib.

«Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram», - məktubda yazılıb.

Xatırlama

Ötən ilin son günü, dekabrın 31-də Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərindəki çoxmərtəbəli binaların birində partlayış baş verib. Binanın dağıntıları altından, hələlik, 13 nəfərin cəsədi çıxarılıb, 30 nəfərdən xəbər yoxdur. Xəsarət alanlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG