Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 15:39

Rumıniya AB-yə prezidentliyə başlayır


Rumıniyanın AB prezidentliyi başlanır

Bu gündən – yanvarın 1-dən Rumıniya Avropa Birliyinin rotasiyalı prezidentliyinə başlayıb.

Bu il birliyin qarşısında duran əsas məsələlər Britaniyanın qurumdan gözlənən çıxması, bir sıra üzv ölkələrdə millətçiliyin artmasıdır.

Rumıniyanın altı aylıq sədrliyi “Birləşmə, vahid Avropa dəyəri” deviziylə başlanıb. İlk dəfədir ki, Rumıniya quruma rəhbərlik edir.

Dekabrın 29-da Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker deyib ki, “Buxarest AB ölkələrinə prezidentlik etməyin nə demək olduğunu tam anlamayıb”.

Onun sözlərinə görə, bu rol “digərlərinə qulaq asmağı, öz problemlərini arxaya atmağı” tələb edir. “Bununla bağlı şübhələrim var”, – o, sözlərinə əlavə edib.

Hazırda Rumıniyanın məhkəmə sistemində təklif olunan islahatlarla bağlı AB ilə fikir ayrılığı mövcuddur. AB bu islahatları siyası motivli sayır, ölkənin korrupsiyayla mübarizəsinə ziyan vuracağını deyir.

XS
SM
MD
LG