Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 19:26

Moskvada taxta piyada körpüsü uçub, 13 nəfər yaralanıb


Moskva, arxiv fotosu

Moskvanın Qorki parkında yanvarın 1-nə keçən gecə Yeni il şənlikləri zamanı taxta körpü uçub, 13 nəfər xəsarət alıb.

Moskva meriyasının yaydığı bəyanatda “ciddi xəsarət alanların olmadığı” bildirilir. Ancaq bundan öncə TASS dövlət xəbər agentliyi polisdə adını çəkmədiyi mənbəyə istinadla xəsarət alanların üçünün durumunun ağır olduğunu bildirirdi.

Konkidə sürüşmək üçün buz meydançasının üzərindəki körpü uçarkən üstündə xeyli saya adam olub.

Sosial mediada yayılmış videoda görünən odur ki, insident zamanı sakinlər Rusiyanın dövlət himninə qulaq asırmışlar.

Moskva icra hakimiyyətinin bildirməsinə görə, hadisəyə “katokun struktur elementlərindəki texniki qüsur səbəb olub”.

Günün bütün mövzuları

XS
SM
MD
LG