Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:47

Taliban Tehranda danışıqlar aparır


Əfqanıstanda məcburi köçkünlər

Talibanın nümayəndə heyəti Tehrana nadir səfər edərək aparıcı İran rəsmisi ilə Əfqanıstandakı 17 illik müharibənin bitirilməsi üzrə danışıqlar aparıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi dekabrın 31-də deyib ki, Talibanın nümayəndə heyəti dekabrın 30-da Tehrana çatıb və xarici işlər nazirinin müavini Abbas Araghchi ilə görüşüb.

Ghasemi-nin sözlərinə görə, danışıqlarda “Əfqanıstanda sülh prosesinin irəli aparılmasını hədəfləyən təhlükəsizlik məsələlərinə” diqqət ayrılıb.

Bu, Talibanla İran rəsmilərinin ilk görüşü deyil.

Ötən həftə İranın Ali Milli Təhlükəsizlik Şurasından Ali Shamkhani Kabildə demişdi ki, əvvəllər də belə danışıqlar keçirilib və davam edəcək.

Taliban son vaxtlar regionun bir sıra ölkələrində danışıqlar aparır. Bu arada Birləşmiş Ştatlar Əfqanıstandakı 14 minədək hərbçisinin yarısına qədərini çıxarmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG