Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:46

FSB amerikalının casusluğa görə saxlandığını deyir


FSB-nin loqosu

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada bir ABŞ vətəndaşının casusluqda şübhəli bilinərək saxlandığını bildirir.

Amerikalı dekabrın 28-də saxlanıb və cinayət işi açılıb. TASS dövlət xəbər agentliyi məlumatı dekabrın 31-də yayıb.

Agentlik amerikalının təqsirli bilinərsə, 10 ildən 20 ilədək həbsə məhkum edilə biləcəyini yazır.

Bu xəbərdən bir gün öncə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trump-a Yeni il təbrikində deyib ki, Moskva Vaşinqtonla dialoqa açıqdır.

ABŞ və Rusiyanın münasibətləri bir sıra məsələlər üzündən gərgindir. Buraya Rusiyanın Suriya və Ukraynanın şərqindəki müharibədə iştirakı, ABŞ və digər yerlərdə seçkilərə müdaxilə iddiaları, Britaniyada keçmiş rusiyalı agentin zəhərlənməsi daxildir.

Noyabrın sonunda Trump Putin-lə Argentinada planlaşdırılan görüşünü təxirə salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG