Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:23

Bu il dünyada 94 media işçisi öldürülüb


Əfqanıstan apreldə törədilmiş partlayış

Bu il dünyada öldürülən jurnalistlər və media əhlinin sayı artıb, siyahıya isə Əfqanıstan başçılıq edir. Məlumatı Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) açıqlayıb.

Brüsseldə mənzillənən qurum dekabrın 31-də yaydığı illik hesabatında bildirir ki, bu il hədəfli qətllər, bomba hücumları və münaqişələrdə 94 jurnalist və media işçisi öldürülüb.

Ötən il bu rəqəm 82 idi.

2012-ci il dünyada 121 media təmsilçisi qətlə yetirilmişdi. Yəni son altı ildə azalan tendensiya bu il yenidən yüksəlib.

BJF illik hesabatları 1990-cı ildən hazırlayır. 2006-cı ildə media sahəsində çalışan 155 nəfər öldürülmüşdü.

ƏFQANISTAN LİDERDİR

Bu il ən çox jurnalist Əfqanıstanda öldürülüb, cəmi 16 nəfər. Ondan sonra 11 media təmsilçisinin öldürüldüyü Meksika gəlir. Yəməndə 9, Suriyada isə 8 jurnalist qətlə yetirilib.

Əfqanıstanda apreldəki intiharçı hücumunda bir dəfəyə doqquz jurnalist qətlə yetirilmişdi. İkisi isə iyunda törədilmiş bomba hücumunda həlak olub.

Jurnalistlər şahid olduqlarına görə hədəfə alınırlar”, – BJF Prezidenti Philippe Leruth “The Associated Press” agentliyinə deyib.

İstanbuldakı Səudiyyə konsulluğu qarşısında etiraz
İstanbuldakı Səudiyyə konsulluğu qarşısında etiraz

Nəticədə bir ölkədə bir, yaxud bir neçə jurnalist öldürülürsə, özünüsenzura da yüksəlir”, – o, sözlərinə əlavə edib.

Birləşmiş Ştatlar siyahıda altıncı yerə qalxıb, orada beş nəfər qətlə yetirilib. İyunun 28-də bir silahlı Merilenddə qəzet redaksiyasına hücum etmiş, dörd jurnalisti və bir satış işçisini öldürmüşdü.

Bu ilin ən çox səs-küy yaratmış jurnalist qətli isə İstanbulda törədilib. Səudiyyəli jurnalist Jamal Khashoggi ər-Riyadın buradakı konsulluğunda qətlə yetirilib. O, rejimin tənqidçisi idi. Ancaq Səudiyyə Ərəbistanı vəliəhd şahzadənin bu qətllə bağlı olması iddialarını rədd edib.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) dekabrın 18-də bildirmişdi ki, bu il dünyada jurnalistlərə qarşı “görünməmiş” düşmənçilik müşahidə olunub.

Qurum bu il öldürülən jurnalistlərin yarıdan çoxunun “qəsdən hədəfə alındığını” bildirirdi.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə oktyabrda yaydığı hesabatında son on ildə dünyada 324 jurnalistlərin “qətlə yetirilməklə susdurulduğunu”, bu halların 85 faizində cinayətkarların məhkum edilmədiyini vurğulayırdı.

XS
SM
MD
LG