Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:53

Almaniya daha artıq qlobal məsuliyyət ‘götürməlidir’


Angela Merkel

Almaniya Kansleri Angela Merkel deyir ki, ölkəsi gələn il dünya işlərində daha çox məsuliyyət götürməyə çalışacaq, ancaq çətin beynəlxalq məsələlərin qlobal həllindən ötrü işini də davam etdirəcək.

Dekabrın 30-da açıqlanmış Yeni il müraciətini Merkel daha çox qlobal problemlərə çoxtərəfli yanaşmanın müdafiəsinə həsr edib. Qeyd edək ki, yanvarın 1-dən Berlinin BMT-nin Təhlükəsizlik Şurasında ikiillik qeyri-daimi üzvlüyü başlanır.

Merkel Almaniyanın qarşısında duran problemlər sırasında iqlim dəyişikliyini, miqrasiyanı, beynəlxalq terrorçuluqla mübarizəni göstərib.

Öz marağımız naminə bu məsələləri yoluna qoymaq istəyirik və bunun da ən yaxşı yolu başqalarının maraqlarını nəzərə almaqdır”, – o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG