Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:30

İranda etirazçı tələbələrlə polisin toqquşduğu bildirilir


Tələbələrin etirazı
Tələbələrin etirazı

İranda tələbə etirazlarının üçüncü günündə təhlükəsizlik qüvvələriylə toqquşma olub.

“Reuters” xəbər verir ki, dekabrın 31-də etirazlarla bağlı internetdə yayılan videolarda polislə şüarlar qışqıran tələbələrin toqquşduğu görünür. Ancaq agentlik videoların həqiqiliyini təsdiqlədə bilmədiyini vurğulayır.

***

İranın Azad Universitetinin tələbələri dekabrın 30-da etiraz aksiyasını davam etdiriblər. Onlar 20-dən artıq tələnin öldüyü və yaralandığı avtobus qəzasına görə universitet rəsmilərinin istefasını tələb edirlər.

İdman və Gənclik Nazirliyinin Borna xəbər agentliyinin məlumatına görə, etirazçılar universitetin qəyyumlar şurasının sədri Ali-Akbar Velayati-nin istefasını tələb edirlər.

Etirazçılar dekabrın 25-də baş vermiş qəza qurbanlarının fotolarını qaldırıblar. Tehranın şimal-qərbində törədilmiş qəzada 10 tələbə həlak olub, 27 nəfər xəsarət alıb.

30 tələbənin olduğu avtobus universitetin Elm və Tədqiqat filialı kampusunda dağlıq yolda aşıb, beton dirəyə dəyib.

TƏLƏBƏLƏRİN TƏLƏBLƏRİ

Universitet rəsmiləri ilkin olaraq qəzaya görə sürücünü suçlayıb, onun iflic keçirdiyini deyib. Ancaq istintaq bu iddianı rədd edib.

İranda avtobus qəzası, arxiv fotosu
İranda avtobus qəzası, arxiv fotosu

Tələbələrin əksəriyyəti hadisənin səbəbini universitet avtobuslarının köhnəlməsində axtarır, yeni maşınların alınmasını tələb edir.

Onların daha bir tələbi kampusda fövqəladə mərkəz yaradılması, qəzanın baş verdiyi yerdə sədd çəkilməsidir.

Hadisədən sonra bir sıra orta səviyyəli menecerlər işdən çıxarılıb, bəzi həbslərin aparıldığı bildirilib. Məlumatı ISNA xəbər agentliyi yayıb.

Etirazçı tələbələrə baş çəkən Baş prokuror Mohammad-Jafar Montazeri sakitliyə çağırıb, işi şəxsən araşdırmağa, məsuliyyət daşıyanları cəzalandırmağa söz verib.

İran dünyada yol qəzalarının tez-tez baş verdiyi ölkələrdəndir.

Birləşmiş Ştatlar sanksiyaları bərpa edəndən sonra İranın ictimai nəqliyyat sektorunu müasirləşdirmək cəhdlərinin əngəlləndiyi bildirilir.

Peugeot və Renault kimi avtomobil şirkətləri daxil olmaqla, bir sıra xarici şirkətlər sanksiyalara görə ölkədən gedib.

Bu il İranda bir sıra kiçik etirazlar ümummilli küçə etirazlarına keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG