Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 03:43

Bakı Metropoliteni də sərnişinlərə Yeni il sürprizi hazırlayıb (Video)


Bakı Metrosunda Qar qız və Şaxta baba peyda olub
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Bakı Metrosunda Qar qız və Şaxtababa peyda olub

"Bakı Metropoliteni" də sərnişinlərə yeni il sürprizi hazırlayıb.

Belə ki, retro vaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə buraxılıb.

Qatarlardan birinə "A", o birinə isə "Q" tipli vaqon qoşulub.

Yeni ilin ovqatlı tamaşanı Qar qız başlayıb. O uşaqları salamladıqdan sonra, birlikdə Şaxta babanı səsləyiblər.

Uşaqların səsinə səs verən Şaxta baba sözü-söhbəti, tapmacaları, atalar sözləri və yanıltmacları ilə retro vaqonda əsl yeni il şənliyi ovqatı yaradıb.

Bakı Metrosunda Qar qız və Şaxta baba peyda olub
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, hər Yeni ildə sərnşinlərə bu cür müxtəlif əyləncələr hazırlayırlar.

Uşaqlardan şeir və nəğmə hədiyyələri alan Şaxta baba ilə Qar qız , balaca sərnişinlərə Yeni il sovqatları paylayıblar.

Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30-da xətdə olur və Qırmızı xətt, "İçərişəhər-HəziAslanov" stansiyaları istiqamətində hərəkət edir.

Bayram günlərində “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərdə ki, bayram şənlikləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 2-dək stansiyalar sərnişinlərin üzünə açıq olacaq.

XS
SM
MD
LG