Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:39

Azərbaycan Qırğızıstanın keçmiş məmurunu ekstradisiya edib


Adamkul Junusov
Adamkul Junusov

Qırğızıstan gömrüyünün keçmiş rəhbəri Azərbaycandan Bişkekə ekstradisiya olunub. O, vəzifəsindən sui-istifadədə ittiham olunur.

Qırğızıstan Maliyyə Polisinin sözçüsü Anastasia Piskur AzadlıqRadiosu-nun qırğız xidmətinə deyib ki, Gömrük Xidmətinin keçmiş rəhbəri Adamkul Junusov dekabrın 28-də Bakıdan Bişkekə aparılıb.

Junusov Bişkekin xahişilə dekabrın 5-də Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanıb.

Bişkek Maliyyə Polisi Junusovu 2013-2016-cı illərdə Gömrük Xidmətinin rəhbəri vəzifəsində ikən “korrupsiya” fəaliyyətində ittiham edir. Onun həmin dövrdə dövlət xəzinəsinə 166 milyon som, yəni 2,1 milyon dollar ziyan vurduğu bildirilir.

ATAMBAEV JEENBEKOVU İTTİHAM EDİR

Junusov avqustda Qırğızıstanda axtarışda olanların siyahısına salınıb, daha öncə isə ona qiyabi olaraq ittihamlar irəli sürülüb.

Junusov 2011-2017-ci illərdə Prezident Almazbek Atambaev-in hakimiyyəti dövründə korrupsiya ittihamıyla üzləşmiş keçmiş məmurlardan biridir.

Sooronbai Jeenbekov
Sooronbai Jeenbekov

Atambaev xələfi Sooronbai Jeenbekov-u “psevdo-antikorrupsiya” kampaniyası çərçivəsində onun yaxın müttəfiqlərini işdən çıxarmaqda, həbsə atmaqda suçlayır.

Atambaev dövründə baş nazir olmuş Sapar Isakov və daha bir müttəfiqi Jantoro Satybaldiev korrupsiya ittihamıyla iyunda saxlanıblar.

Oktyabrda isə Atambaev-in keçmiş müşaviri Ikramjan Ilmiyanov Rusiyada saxlanaraq Bişkekə təhvil verilib və ona korrupsiya ittihamları irəli sürülüb.

Qırğızıstan deputatları və siyasətçilər Atambaev vəzifədə olarkən verdiyi qərarlarla bağlı araşdırma aparılmasına çağırırlar.

Dekabrın 13-də Qırğızıstan parlamenti eks-prezidentlərin toxunulmazlığını ləğv edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu, Atambaev-in mühakimə olunmasına yol aça bilər.

Atambaev-in sədr, Jeenbekov-un isə üzv olduğu hakim Sosial Demokratik Partiyanın (SDPK) bəzi üzvləri son həftələr “Atambaev-siz SDPK” adlı kampaniya başladıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG