Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:44

RUSADA Putinə çağırış edir


RUSADA-nın Moskvadakı ofisi

Rusiyanın Antidopinq Agentliyinin (RUSADA) rəhbəri Prezident Vladimir Putindən kömək istəyib, onu dopinqlə bağlı məlumatları Ümumdünya Antidopinq Agentliyinə (WADA) verməyə çağırıb. Məqsəd Rusiyanın qlobal idman səhnəsindən bir daha kənarlaşdırılmasını önləməkdir.

WADA sentyabrda RUSADA-nın üzvlüyünü bərpa edib. Ancaq ilin sonunadək Rusiyanın İstintaq Komitəsi gərəkən informasiyanı WADA-ya verməsə, rusiyalı idmançıları statuslarını yenidən itirə bilərlər.

Dekabrın 27-də Putinə videomüraciətində RUSADA direktoru Yury Ganus deyib ki, beynəlxalq səhnədən bir daha uzaqlaşdırılmaq Rusiya idmanına ciddi ziyan vurar.

Yury Ganus
Yury Ganus

Uçurumun kənarındayıq, sizdən təmiz idmanımızın indisini və gələcəyini, atletlərin indiki və gələcək nəsillərini qorumağı xahiş edirəm”, – Ganus söyləyib.

WADA rəsmiləri ötən həftə bildiriblər ki, Rusiyanı əliboş tərk ediblər, hakimiyyət onlara Moskvanın antidopinq laboratoriyasının məlumatlarına vəd olunan çıxışı verməyib.

Həmin informasiya təhqiqatın üzə çıxardığı pozuntuları təsdiqləmiş olardı. WADA-nın araşdırmasında Rusiyada dövlətin sponsorluğuyla dopinq proqramının gerşəkləşdirildiyi bildirilirdi. İddia olunurdu ki, məqsəd 2014-cü ilin Soçi Olimpiadasında və başqa iri tədbirlərdə medal qazanmaq olub.

Moskva isə bu iddiaları rədd edir, amma antidopinq qaydalarının tətbiqində qüsurların olduğunu da boynuna alır.

Rusiya bu il Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunlarına buraxılmayıb.

XS
SM
MD
LG