Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:38

Səfirlik binasının təmir xərcləri araşdırılır


Manat

Hesablama Palatası Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının təmirinə ayrılan vəsaitlərlə bağlı auditin nəticəsini Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərəcək.

Bu barədə Palatanın məlumatında bildirilir. Məlumatda qeyd edilir ki, dekabrın 27-də qurumun növbəti Kollegiya iclası keçirilib.

Kollegiyada bir sıra məsələlər müzakirə edilib, onlardan biri də Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binası ilə bağlı olub.

«Kollegiyada dövlət büdcəsindən Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb», - deyə məlumatda vurğulanır.

Amma audit yoxlamalarının detalları açıqlanmır. Məsələyə, hələlik, Azərbaycanın Ukraynadakı səfirliyindən də münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG