Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:57

Mərkəzi Bank 2019 üçün hədəfini açıqladı


Mərkəzi Bank

Növbəti ilə ( 2019) və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir.

Bu fikir Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu il və ortamüddətli dövr üzrə pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında yer alır.

Bəyanatda bildirilir ki, Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar (pul-kredit) və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

«Növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq», - deyə bəyanatda yazılıb.

Xatırlama

Bu il isə AMB inflyasiyanın 6 faizi keçməməsini qarşısına məqsəd qoymuşdu. Rəsmi məlumata görə, 2018-ci ilin 11 ayı ərazində inflyasiya 2-3 faiz arasında olub. Müstəqil ekspertlər bu rəqəmə şübhə ilə yanaşırlar. Ötən il isə AMB ölkədə 13 faiz civarında inflyasiya olduğunu açıqlamışdı.

Multimedia

XS
SM
MD
LG