Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:20

Rusal yeni sədr seçib – sanksiyalara görə


Rusalın Moskvadakı ofisi
Rusalın Moskvadakı ofisi

Rusiyanın Rusal alüminium nəhəngi deyir ki, Jean-Pierre Thomas idarə heyəti tərəfindən şirkətin yeni sədri seçilib. Bu, ABŞ sanksiyalarının qaldırılması əvəzində gerçəkləşdirilən restrukturizasiya addımı kimi atılıb.

Hazırda şirkətin müstəqil qeyri-icraçı direktoru olan Thomas dekabrın 28-də sədr seçilib və qərar yanvarın 1-dən qüvvəyə minəcək.

Əvvəlki sədr Matthias Warnig dekabrın 26-da istefa verib, o, Rusala 6 il sədrlik etmişdi. Onun istefası ABŞ rəsmiləri ilə əldə olunmuş razılaşmanın bir şərti idi.

İnvestisiya bankiri Warnig keçmiş Şərqi Almaniya gizli agenti olub, Rusiya Prezidenti Vladimir Putini 1990-cı illərdən tanıyır.

FRANSA PREZİDENTİNİN ELÇİSİ OLUB

61 yaşlı Thomas isə yanvarın 28-dən Rusalın müstəqil qeyri-icraçı direktorudur. O, 15 il Fransanın Lazard Bankının əsas tərəfdaşı kimi çalışıb.

Oleg Deripaska (ekranda) çıxış edir
Oleg Deripaska (ekranda) çıxış edir

Onun Fransayla Rusiya arasında iqtisadi əməkdaşlığı hədəfləyən bir sıra layihələrdə təcrübəsi olduğu bildirilir, bu sahədə Fransa prezidentinin xüsusi elçisi kimi də çalışıb.

ABŞ Xəzinədarlığı ilkin olaraq apreldə rusiyalı maqnat Oleg Deripaska və onun böyük səhmdar olduğu bir neçə şirkətə sanksiya tətbiq etmişdi. Birləşmiş Ştatlar səbəb kimi Rusiyanın “ziyanlı fəaliyyəti”ni, eləcə də Deripaskanın keçmiş cinayətlərinə dair iddiaları əsas gətirirdi.

Sanksiyalar qlobal səhm və alüminium bazarlarında çaxnaşma yaradıb, Rusalın səhmləri ucuzlaşıb, dünyanın ikinci alüminium istehsalçısı olan bu şirkətin bağlanacağı qorxusu yaranıb.

Belə bir məqamda ABŞ-ın maliyyə naziri Steve Mnuchin dedi ki, Vaşinqtonun niyyəti şirkəti dağıtmaq, onun Rusiyada və dünyanın müxtəlif yerlərində yaratdığı minlərlə iş yerini bağlatmaq deyil.

Xəzinədarlıq şərt qoydu ki, Deripaskanın nəzarət səhmlərinin miqyası azaldılarsa, sanksiyalar qaldırıla bilər. O vaxtdan şirkətdə restrukturizasiya aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG