Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Səudiyyə kralı hökumətdə dəyişikliklər edir


İstanbuldakı konsulluq qarşısında Jamal Khashoggi-nin portreti qaldırılır

Səudiyyə Ərəbistanı Kralı Salman hökumətdə böyük dəyişikliklər edib. Qeyd edək ki, Səudiyyə rejimi tənqidçisi olan jurnalist Jamal Khashoggi üç ay öncə İstanbuldakı konsulluqda öldürülməsinə görə kəskin tənqid olunurdu.

Dekabrın 27-də Səudiyyənin yeni xarici işlər, informasiya, media, təhsil nazirləri təyin olunub.

İqtisadiyyat və təhlükəsizlik məsələlərinə nəzarət edən iki ali şurada da kadr islahatları aparılıb. Hər iki şuraya kralın oğlu, vəliəhd şahzadə Mohammad Bin Salman rəhbərlik edir.

Ancaq vəliəhd şahzadənin vəzifələrinə toxunulmayıb. O, həm də baş nazirin müavini və müdafiə naziridir.

Hökumətdəki dəyişikliklərin vəliəhd şahzadənin hakimiyyətə nəzarətini daha da gücləndirəcəyi gözlənir, belə ki, ona yaxın şəxslər müşavir vəzifələrinə təyin olunub.

Keçmiş xarici işlər naziri Ibrahim al-Assaf xarici işlər naziri postuna keçib. Ondan öncə bu vəzifədə Adel al-Jubeir idi.

Səudiyyə Ərəbistanı jurnalistin qətlində vəliəhd şahzadənin əli olması iddialarını rədd edir.

XS
SM
MD
LG