Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:34

Birləşmiş Ştatlar hökuməti ilin sonunadək açılana oxşamır


Kapitoli binası, 27 dekabr, 2018-ci il

Yeni il bayramından öncə ABŞ hökumətinin qismən qapadılmasına son veriləcəyinə ümidlər azalır. Konqreslə Ağ ev dekabrın 27-də bu barədə razılığa gələ bilməyiblər.

Konqresin bir də dekabrın 31-də bir araya gələcəyi gözlənir. Demokrat və respublikaçı konqresmenlər hökumətin 20 faizinin maliyyələşdirilməsi üzrə razılaşma əldə etməyə çalışırlar. Amma görünür, bu razılaşma yanvarın 3-dək əldə olunmayacaq.

2019-cu ildən demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alırlar, respublikaçılar isə Senatdakı çoxluğu əldə saxlayacaqlar.

Hökumətin qismən qapadılmasına Birləşmiş Ştatların Meksikayla sərhədinin hasarlanması üzrə fikir ayrılığı olub. Prezident Donald Trump hasara 5 milyard ayrılmasını tələb edir, demokratlar buna qarşı çıxırlar.

Trump bu səddin cinayətkarlığın və qanunsuz immiqrasiyanın önlənməsi üçün gərəkdiyini bildirir. Demokratlar bunu bahalı, səmərəsiz iş sayırlar.

Hazırda ABŞ hökumətinin beşdə biri çalışmır. Buraya Daxili Təhlükəsizlik, Ədliyyə, Kənd Təsərrüfatı departamentləri daxildir.

XS
SM
MD
LG