Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:13

Estoniya rəqəmsal hökuməti necə qurur


Tallin
Tallin

“The Associated Press” agentliyi Estoniyada rəqəmsal hökumətin necə qurulmasından yazır. Paytaxt Tallində üçgünlük Oskar Lunde-nin valideynləri elə onu xəstənadaca, laptopdan qeydiyyata salırlar. Oskar artıq heç bir kağız-kuğuz işi olmadan, heç bir gərginlik yaranmadan Estoniyanın yeni vətəndaşına çevrilir.

1,3 milyon əhalisi olan bu Baltik ölkəsi bürokratiyanı azaltmaq, şəffaflığı artırmaq, iqtisadi artımı gücləndirməkdən ötrü hökumət administrasiyasını tamamilə rəqəmsal etmək kimi ambisiyalı bir layihə gerçəkləşdirir. Agentlik yazır ki, artıq daha çox ölkə xidmətlərini onlayn edir, amma Estoniyanın təcrübəsi dövlətlə qarşılıqlı əlaqənin gələcək nəsillər üçün nə demək olduğuna nəzər salmağa imkan verir.

Resept lazımdır? Bunu onlayn etmək olar. Şəhər administrasiyasında kiminləsə əlaqə yaratmaq gərəkir? Orada növbəyə durmağa ehtiyac yoxdur! Hətta orta məktəblə bağlı valideynlər övladlarının ev tapşırıqlarını vaxtında etməsinə nəzarət edə bilirlər.

İDEAL DÜNYADA...

Estoniya elektron identifikasiyanı və rəqəmsal imzanı dəstəkləyən platforma yaradıb və bu, özəl və dövlət sektorlarında kağızsız kommunikasiyaya imkan verir.

Di gəl, Estoniyada da elektronllaşmanın keçmədiyi bir neçə məsələ var: nikah, boşanma və əmlakın transferi – bu da onunla izah olunur ki, hökumət həyatın böyük hadisələrində adamların birbaşa iştirakını vacib sayır.

Üzümüzə gələn yaz hökumət irəliyə daha bir addım planlaşdırır. Oskar bir neçə ay gec doğulsaydı, avtomatik olaraq qeydiyyata alınacaqdı və valideynlərinə “xoşgəldin” emaili göndəriləcəkdi.

Estoniyanın rəqəmsal məsələlər üzrə dövlət müşaviri Marten Kaevats deyir ki, məqsəd vətəndaşlarını onların yolunda durmadan dəstəkləyən hökumətə nail olmaqdır.

İdeal dünyada, görünməz hökumətdə dünyaya yeni körpə göz aşırsa, valideynlərindən heç biri nəyə görəsə müraciət etməli deyillər: nə analıq məzuniyyəti, nə bələdiyyədən uşağa dəstək, nə bağça yeri, nə də uşağa ad qoyulması üçün. Bütün bu xidmətlər avtomatik çatdırılır”, – o vurğulayıb.

Virciniya Universitetinin Media və Vətəndaşlıq Mərkəzinin direktoru Siva Vaidhyanathan başqa ölkələrin Estoniyadan çox şey öyrənməli olduğunu qeyd edir. Məsələn, Estoniya təhlükəsizlik və gizliliyin bir modelə sığışdıra bilib, amma Birləşmiş Ştatlarda özəl şirkətlər təhlükəsiz onlayn səsvermə sistemlərini hələ də ortaya çıxara bilmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG